Prezident: "Sülhməramlıların Azərbaycanda fəaliyyəti müvəqqəti xarakter daşıyır"

2021/02/fad97-1614330238.jpg
Oxunub: 754     13:03     26 Fevral 2021    
“Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Buna nail olduq. Hərbi qələbə qazandıq. Bu torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək”.

Ordu.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

“Ədaləti bərpa etdik. Şəhidlərimizin qanını aldıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Sülhməramlılara gəldikdə isə onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır, keçici xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir ara-sıra müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər”, - Prezident bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Prezident: "Sülhməramlıların Azərbaycanda fəaliyyəti müvəqqəti xarakter daşıyır"

2021/02/fad97-1614330238.jpg
Oxunub: 755     13:03     26 Fevral 2021    