Ordu.az xəbər verir ki, PUA-ların 3000 km mənzilə sahib olduğu iddia edilir.
“Kaman-22” zərbə PUA-ları ilk dəfə 2020-ci ilin sentyabrında təqdim olunan “Kaman-12” zərbə PUA-sının təkmilləşdirilmiş versiyasıdır. İddia olunur ki, PUA-lar 300 kiloqram faydalı yük daşıya və 24 saatdan çox havada qala bilir.
PUA-lar kəşfiyyat, nəzarət və müşahidə, dəqiq zərbə kimi hücum əməliyyatlarında istifadə ediləcək.
Sevinc Əliyeva
Ordu.az