Qazaxıstan Türkiyə istehsalı zirehli maşın və silah qüllələrini sınaqdan keçirib

2021/02/otoka-1614320480.jpg
Oxunub: 773     13:45     26 Fevral 2021    
Qazaxıstan Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən 8x8 təkər formuluna malik “Arma” zirehli döyüş maşınlarının sınaqlarına davam edir

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sonuncu sınaqlar zamanı zirehli maşınlara quraşdırılan Türkiyənin “Aselsan” şirkəti tərəfindən istehsal edilən insansız NEFER silah qülləsi də sınaqdan keçirilib.

Sınaqlar Qazaxıstanın Qaraqan qarnizonunda yerləşən “Spassk” təlim poliqonunda keçirilib.

7.62 mm-lik pulemyot və 30 mm-lik avtomatik toplarla təchiz olunan NEFER xüsusi olaraq Qazaxıstan ordusu üçün hazırlanıb. Gecəgörmə və termal kameralardan istifadə edən silah qüllələri günün istənilən saatında istifadə oluna bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazaxıstan   Türkiyə  

Qazaxıstan Türkiyə istehsalı zirehli maşın və silah qüllələrini sınaqdan keçirib

2021/02/otoka-1614320480.jpg
Oxunub: 774     13:45     26 Fevral 2021    