İsrail inkişaf etmiş uzun mənzilli raketlərin istehsalına başlayıb

2021/02/56-1614337362.jpg
Oxunub: 1387     17:07     26 Fevral 2021    
İsrailin dövlətə məxsus “Rafael Advanced Defence Systems” şirkəti inkişaf etmiş uzun mənzilli “hava-hava” və “yer-hava” tipli raketlərin istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.

“I-Derby” adlı qısa və orta mənzilli “hava-hava” və “yer-hava” raketinin mənzili artırılmış versiyasının inkişafı bu həftənin əvvəlində başa çatıb. Raketin mənzili 100 kilometrə qədər artırılıb. Raket işə salındıqdan sonra müstəqil şəkildə işləyə bilər.

Raketlər, həmçinin hava döyüşü üçün radioelektron mübarizə vasitələri ilə təchiz edilib. Yüngül olması onun müxtəlif müasir döyüş təyyarələrinə uyğunlaşdırılmasına imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail  

İsrail inkişaf etmiş uzun mənzilli raketlərin istehsalına başlayıb

2021/02/56-1614337362.jpg
Oxunub: 1388     17:07     26 Fevral 2021    