Ordu.az xəbər verir ki, gəmilər İspaniya və Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus olub.
İspaniya HDQ-yə məxsus “Taco” və Yunanıstan HDQ-nin “Evropi” mina gəmiləri Türkiyəyə məxsus boğazlardan keçərək dənizə gəlib.
Öz növbəsində Rusiya gəmiləri NATO minaaxtaranlarının hərəkətlərini izləməyə başlayıb.
NATO-nun dəniz komandanlığının verdiyi məlumata görə, Bolqarıstan və Rumıniya donanmalarından olan gəmilər, həmçinin Türkiyəyə məxsus təlim gəmisi də onlara qoşulacaq.
Sevinc Əliyeva
Ordu.az