Ermənistan prezidenti Paşinyana qarşı

2020/11/4a102-1605586360.jpg
Oxunub: 1171     17:10     25 Fevral 2021    
Ermənistan prezidenti Armen Sarkisyan "Mənim Adımım" fraksiyasının qərarı ilə qəbul edilən mübahisəli qanunları imzalamaqdan imtina edib və Konstitusiya uyğunluğunu müəyyən edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Söhbət, "Ermənistan Respublikası Məhkəmə Məcəlləsinin Konstitusiya Qanununda dəyişiklik və əlavələr edilməsi haqqında" və "Ədalət Akademiyası haqqında qanunda dəyişiklik və əlavələr edilməsi haqqında" qanun layihələrindən gedir. Daha sadə dillə desək, müxalifət xadimləri, daha dəqiq desək keçmiş hakimiyyət mənsublarına qarşı qəbul edilən telefon danışıqlarının dinlənilməsinə və "həbs" olnmağa imkan verən məhkəmələrin yaradılması ilə bağlı layihələrdən bəhs olunur.

Ermənistanın hüquq ictimaiyyəti Konstitusiya ziddiyyətlərini vurğulayaraq, bu dəyişiklilərə dəfələrlə münasibət bildirib.

"Prezident dövlətin həyati fəaliyyətinin və cəmiyyətin normal həyatının təmin edilməsində məhkəmə sisteminin rolunu və əhəmiyyətini vurğulayır. Qanunun tətbiqi hakimlərin Konstitusiyada təsbit edilmiş müstəqilliyi və qərəzsizliyi prinsiplərini qorumaq və ədalət mühakiməsinə hər hansı bir müdaxiləni istisna etmək baxımından problemli olmamalıdır. Respublika Prezidenti Aparatının ekspert rəyləri, apardığı araşdırmalarla Qanunların konstitusiya baxımından problemli olduğu qənaətinə gəlib", - deyə Ermənistan prezident administrasiyasının açıqlamasında qeyd edilib.

Bu, praktik olaraq Armen Sarkisyan, bu addımla Nikol Paşinyanla razılaşmadığı və Paşinyanın iradəsini yerinə yetirməyəcəyini göstərən, kapitulyasiya aktının imzalamasından sonra atdığı ilk addımdır. 9 noyabrdan sonra Armen Sarkisyan Nikol Paşinyanın istefasını tələb etsə də, praktik olaraq Paşinyanın bütün qərarlarını ağıllıca icra etməklə müharibədəki rüsvayçı planında Paşinyanın müttəfiqi olduğuna dair bütün şübhələri doğruldub.

Bundan başqa, Paşinyanın Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncamı da hələ Sarkisyanın masasındadır.

Erməni mətbuatı yazır ki, Paşinyana arxa çevirərək, Armen Sarkisyan məsuliyyət payından qaçmağa, başına gələnlərdən özünü təmizləməyə çalışır, yoxsa sadəcə Paşinyanın qorxusunu tutub, özünü, necə deyərlər, baha qiymətə satmağa çalışır?

"Yoxsa, həqiqətən, heç nədən asılı olmayaraq, bu günlərdə Paşinyanın müttəfiqi olmağın təhqir olduğunu başa düşüb.

Çünki gerçək budur ki, Qarabağı təhvil verən xainin yeganə dəstəkçiləri məşhur 27 oktyabr siyahısının oturacaqlara sitayiş edən müştəriləri Vağarşak Harutyunyan və Andranik Köçəryandır.

Bu siyahı haqqında, faciəli 27 oktyabr hadisəsindən sonra mediada dəfələrlə danışılmış və yazılmışdır. 1999-cu il 27 oktyabrda Ermənistan Müdafiə nazirinin müavini Astvatsatur Petrosyan Milli Məclisdə o zamankı prezident Robert Köçəryana məlumat ötürüb. Həmin informasiyaya görə, Köçəryan siyahıda göstərilən şəxsləri qeyd olunan vəzifələrə uyğun təyin edir. Bunun əvəzinə isə adları qeyd edilən hər iki şəxs, həmin gün baş vermiş dəhşətli cinayətin təşkilatçıları və ya ən azından bu işə qarışanlar iddia edilənlər arasında Köçəryanın adını manipulyasiya etmirlər. Siyahıda Köçəryan və Harutyunyanın da adları olub", - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan prezidenti Paşinyana qarşı

2020/11/4a102-1605586360.jpg
Oxunub: 1172     17:10     25 Fevral 2021    