Paşinyanın çağırışı və vətəndaş müharibəsi təhlükəsi| “Bəzi silahlı qruplar BQ rəisini həbs etmək istəyirlər” (YENİLƏNİB)

2019/12/00-22-1575627747.jpg
Oxunub: 4245     18:11     25 Fevral 2021    
Son aylardakı proseslər göstərdi ki, Nikol Paşinyan könüllü olaraq Baş nazir postundan istefa etməyəcək və son ana qədər müqavimət göstərəcək, hətta vətəndaş qarşıdurmalarından yayınmayacaq.

Ordu.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının istefa tələbinə toxunaraq Paşinyan bütün tərəfdarlarını Respublika Meydanına gəlməyə çağırıb.

Bu anda nazirliklərin işçiləri Paşinyan tərəfindən çağırılan mitinqdə iştirak etmək üçün meydana çıxmaq məcburiyyətində qalıblar. Məlumata görə, şəhər meriyası işçilərini zorla Respublika Meydanına göndərir.

Hakimiyyətə yaxın oliqarx Xaçatur Sukiasyanın toplama işlərinə rəhbərlik etdiyi qeyd olunur.

Paşinyan yenidən bəyanat yayıb: “Hərbçiləri ayıq-sayıq olmaları üçün Ermənistanda müdafiə funksiyalarını davam etdirməyə çağırıram. Hər şey nəzarət altındadır; xidmət prosesləri ilə zidd olan hər hansı bir hərəkətə icazə verilməməlidir. Silahlı qüvvələrin və ordunun siyasətlə məşğul olması, siyasi qiymətləndirmələr etməsi yolverilməzdir”.

Erməni politoloq Stepan Danielyan qeyd edib ki, Polis güc tətbiq etməyə çalışsa və bu hökumətin yeganə vasitəsi gücdürsə, ordu İrəvana girəcək.

“Növbəti addım polislərin qalxanları yerə atmasıdır. İki yol var:

- ya hökumət bu gün istefasını elan edir,
- ya da insanlar hökumət binasına girərək Siyasi Cəsədi ofisindən çıxarır və polis müqavimət göstərmir”, - deyə o qeyd edib.

Ermənistan Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan xalqı meydanlara çıxaraq hakimiyyəti dəstəkləmələrini bildirib.

Ermənistan Baş Qərargahının keçmiş rəisi Artak Davtyan məsələni şərh etməkdən imtina edib və telefonu söndürüb.

“Nikol, yalnız bir addımın qalıb. Parlamentin xüsusi iclasını çağırmaq, erməni xalqından üzr istəmək, istefa mətnini oxumaq”, - deyə Ermənistan MN-in keçmiş nazir müavini Artak Zakaryan deyib.

“Henaket” analitik mərkəzinin rəhbəri Tigran Abrahamyan Facebook səhifəsində yazıb ki, Milli Təhlükəsizlik Xidməti, Polis, İstintaq Xidməti, Baş Prokurorluq, hələ də ölkəyə, konstitusiyaya, vətəndaşa sədaqətinizi göstərmək şansınız var.

“Politekonomiya” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan isə “Facebook” paylaşımı edib.

“MTX və polis orduya qoşulmağa borcludur və siyasi bir cəsədin ölkəmizə vətəndaş qarşıdurması üçün aparmasına icazə verməməlidirlər. Nikolun ürəyi yeni bir “1 Mart” istəyir, Nikolun ürəyi erməni qanı istəyir. Nikol qovulmalıdır!”

Çiçəklənən Ermənistan parlament qrupunun üzvü Naira Zohrabyan “Facebook” səhifəsində yazıb ki, bütün güc strukturları xalqın yanında duracaq və 10 noyabrda siyasi intihar işləmiş şəxs - Paşinyan ayrılmalı və məhkəmə qarşısında dayanmalıdır.

Ermənistan parlamentinin müstəqil deputatı Vardan Atabekyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının saatlar öncə Nikol Paşinyan və hökumətin istefası tələbilə yaydığı bəyanat onun üçün gözlənilən idi, lakin bunu izləmiş Nikol Paşinyanın Respublika meydanında toplanmaqla bağlı çağırışı anlaşılmazdır. Atabekyan qeyd edib ki, “1 Mart” olub-olmayacağı Paşinyanın mesajından aydın olacaq.

Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Eduard Şarmazanov deyib ki, Nikol Paşinyanın açıqlamasını vətəndaş müharibəsinə çağırış və təhrikdən başqa cür xarakterizə edə bilməz. “Bu, dövlətin Baş naziri tərəfindən vətəndaş müharibəsinə çağırışdır, lakin İrəvan küçələrində qan axmayacaq. O uzaqlaşmalıdır”, - deyə Şarmazanov bildirib.

“İşıqlı Ermənistan” partiyasının şurası bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Baş nazirin istefası olmadan böhranın həlli artıq mümkün deyil.

Erməni polkovnik Sayat Şirinyan polislərə müraciət edərək onları ləyaqət nümayiş etdirməyə, polis yüksək rütbəsinə sadiq qalmağa, təxribatlara boyun əyməməyə, xalqın yanında dayanmağa, anti-milli hakimiyyətə xidmət etməkdən imtina etməyə, rəhbərliyin qanunsuz əmrlərini yerinə yetirməməyə çağırıb.

Erməni rejissor Mher Mkrtçyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına toxunaraq qeyd edib ki, erməni ordusu ilədir. “General-polkovnik Onik Qasparyanlayam”, - deyə o yazıb.

Erməni hərbi xadim, general Arşavir Qaramyan öz “Facebook” səhifəsində öz döyüş yoldaşlarını ordunun ətrafında birləşməyə çağırıb.

“Vətənin xilası hərəkatı” bəyanatla çıxış edərək bildirib ki, Paşinyan köpüklərdən yapışaraq xalqı vətəndaş qarşıdurmalarına və qan tökülməsinə təhrik etməyə çalışır. “Təxribatlara boyun əyməməyə çağırış edirik”, - deyə bəyanatda bildirilib.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Artak Davtyan deyib ki, dövlət marağını hər şeydən üstün tutmaq lazımdır və mümkün toqquşmalara aparan çağırışlar səsləndirmək lazım deyil.

Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan bildirib ki, Baş Qərargah daxili siyasi vəziyyəti və xarici xarakterli təhdidləri ayıq qiymətləndirərək düzgün bəyanat verib. Onun sözlərinə görə, bu bəyanat son həllə, hakimiyyətin istefasına aparacaq.

Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində yazıb ki, Ermənistan Baş Qərargahının generallarının bəaynatı hərbi çevriliş cəhdi deyil, hərbi çevriliş cəhdinə xas cinayət elementi ehtiva etmir.

Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan “Facebook” səhifəsində erməni polislərə müraciət edib: “Polislər, ordu rəhbərlərinin nümunəsini izləyin, xainin təlimatlarına tüpürün”.

Ermənistanın polis rəisinin keçmiş müavini, polis general-mayoru Qaqik Hambardzumyan və ədliyyə general-mayoru Tatul Petrosyan bəyanatla çıxış edərək erməni zabitlərə müraciət ediblər.

“Silahlı qüvvələrdən nümunə götürün, polis xidmətçisi şərəfinizi xilas edərək xalqın tərəfinə keçin”, - deyə bəyanatda qeyd olunub. Bildirilib ki, vətənin xaindən xilas olmasının tarixi anı yaxınlaşıb.

Erməni bəstəkar Davit Amalyan “Facebook” səhifəsində yazıb ki, ordunun yanında olmamaq dövlət xəyanətidir.

Daşnaksütun təşkilatının ali orqanının üzvü Lilit Qalstyan deyib ki, Nikol Paşinyan yeni təxribatlar etmək üçün bir saniyə belə tərəddüd etməyəcək, o, vətəndaş müharibəsini təhrik edir.

Ermənistanın “Azadlıq” partiyasının nümayəndələri Sona Ağelyan və Nune Nersisyan bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanı həbs edəcək.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov deyib ki, generalların bənzər qərar qəbul etməsinə görə sevinclidir, ancaq daha daha tez etməli idilər: “Siyasətlə məşğul olmuram, yalnız bu qədərini deyə bilərəm”.

Rusiyada yaşayan erməni politoloq Andranik Mihranyan bildirib ki, Paşinyanın istefası məsələsi yalnız bir halda yaxşı sonluqla bitə bilər.

“Lakin bu iş yalnız o halda yaxşı sonluğa malik olacaq ki, deyilsin ki, Paşinyana istefa verməsi üçün ultimatum verilir, bundan sonra hərbçilər hərbi vəziyyət şəraitində hökumətə daxil olurlar, Nikol Paşinyanı həbs edirlər və Milli Təhlükəsizlik Xidmətinin “padval”ında otuzdururlar”, - deyə o qeyd edib.

Ermənistanın “Vətənin Qalxanı” ehtiyatda olan zabitlər birliyi bəyanat yayıb. “Ehtiyatda olan bütün zabitləri və generalları qoşulmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Ermənistan parlamentinin müstəqil deputatı Gevorq Petrosyan canlı yayımda Baş Qərargahın addımını alqışlayıb və çağırışla polislərə müraciət edib.

“Nikol xuliqandır və gedəcək. Pintinin ağlına düşməyin”, - deyə o bildirib.

Ermənistanın “Hraparak” qəzetinin redaktoru Armine Ohanyan Nikol Paşinyanın tərəfdarlarına müraciət edib: “Sizi meydana dəvət etmək indi də vətəndaş müharibəsinə cəlb etmək məqsədindən başqa heç bir mənaya malik deyil”.

“Mediaport” teleqram kanalı yazıb ki, Nikol Paşinyanın tərəfdarları və vətəndaşlar arasında toqquşma baş verib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edir ki, öz aydın mövqelərini bir daha təsdiq edirlər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq əmin edib ki, Baş Qərargahın rəhbər heyətinin fevralın 25-i səhər yaydığı bəyanat kimsə tərəfindən istiqamətləndirilməyib və ya kiminsə təzyiqi altında verilməyib.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan erməni xalqına bu həyati əhəmiyyətli anda dövlətə sahib durmağa, Silahlı Qüvvələrin, erməni ordusunun yanında dayanmağa çağırış edir. Köçəryan əmindir ki, müharibədə məğlub olmuş və torpağı təhvil vermiş hakimiyyət uzaqlaşmalıdır.

İrəvanda Azadlıq meydanı hazırda izdihamlıdır. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov da müxalifətin mitinqində iştirak edir. Hazırda İrəvanın Azadlıq meydanında “Vətənin xilası hərəkatı”nın təşkil etdiyi müxalifətin mitinqi davam edir. Toplaşanlar Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb etməyə davam edirlər.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, silahlı qüvvələr Ermənistan sərhədlərinin müdafiəsini tam şəkildə həyata keçirir və təhlükəsizliyi təmin edir. Nazirlik qeyd edib ki, ordunu siyasi prosesə cəlb etmək cəhdləri yolverilməzdir.

Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan “Facebook” səhifəsində yazıb ki, yeganə çıxış yolu Baş nazir Nikol Paşinyanın səlahiyyətlərinin dayandırılmasıdır.

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, ya prezident fərmanı imzalayır, ya da Onik Qasparyan istefasını elan edir, çünki o, ordunu xalqa qarşı çıxara bilməz.

Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi İşxan Sağatelyan müxalifətin mitinqi zamanı hamını polisdən və Milli Təhlükəsizlik Xidmətindən Paşinyanın göstərişlərini yerinə yetirməkdən imtina etməyi tələb etməyə çağırıb. “Bizim məlumatımız var ki, Nikolun göstərişi ilə prokurorluq sanksiya hazırlayır ki, fırtına və silahlı qruplaşmalar vasitəsilə Müdafiə Nazirliyinə daxil olsunlar və ordu generallarını həbs etsinlər. Biz bu gün burada erməni ordusunun yanında dayanmaq və buna imkan verməmək üçün toplaşmışıq”, - deyə o qeyd edib.

Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş Tiran Xaçatryan 19 yaşında silah götürəndə Nikol Paşinyan qardaşlarının arxasında gizlənmişdi.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun sözlərinə görə, məlumat var ki, bəzi silahlı qruplar Baş Qərargah rəisini həbs etmək istəyirlər. “Məlumat var ki, bəzi silahlı qruplar Baş Qərargah rəisini həbs etmək istəyirlər. Amma bilmirəm hansı axmaqlar ordu nümayəndəsini həbs edə bilərlər”, - deyə o qeyd edib.

Erməni general-leytenant Levon Mnatsakanyan bəyanatla çıxış edərək Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının və hərbi birləşmələrin rəhbər heyəti tərəfindən Nikol Paşinyana və hökumətə yönəlmiş istefa tələbinə dəstəyini bildirib.

Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan polis sisteminin işçilərini qanunsuz əmrlərə tabe olmamağa və vətəndaşlara qarşı güc tətbiq etməməyə çağırıb.

Erməni publisist Hrant Ter-Abrahamyan “Facebook” səhifəsində yazıb ki, indi erməni xalqı hökuməti, vaxtilə hakimiyyətə gətirdiyi kimi, hakimiyyətdən uzaqlaşdıracaq. “Ruslar istəklərinin böyük və ardıcıl olmasına baxmayaraq, Ermənistanda çevriliş etməməlidirlər”, - deyə o yazıb.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, sabiq Ədliyyə naziri Arpine Hovhannisyan qeyd edib ki, Nikol Paşinyan bu gün Ermənistanın Baş naziri deyil, çünki ordusuz Baş nazir başsız atlıdır. O bildirib ki, Paşinyan hakimiyyətdə qalsa, ikinci müharibə yaxınlaşır.

2020-ci il noyabrın 30-da Sünik vilayətinin rəisi vəzifəsindən istefa vermiş Hunan Poğosyan da İrəvanda Azadlıq meydanına doğru təşkil edilmiş yürüşdə iştirak edib. Poğosyan Paşinyanın uzaqlaşdırılması barədə deyib ki, uğursuz olmuş insanlar getməlidirlər.

Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan “Facebook” səhifəsində dərc olunmuş bəyanatda bildirib ki, prokurorluq mətbuatda, sosial şəbəkələrdə Ermənistan Müdafiə Nazirliyinə daxil olmağa və erməni ordusunun generallarını həbs etməyə hazırlaşmaqla bağlı yayılmış məlumatları təkzib edir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yüksək dərəcəli işçiləri zabitlərə müraciət edərək bildiriblər: “Siyasi rəhbərliyin qanunsuz əmrlərini yerinə yetirməkdən kənar qalmağa çağırırıq, ordunun komandir heyətinin tələbinə qoşulmağı xahiş edirik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Paşinyanın çağırışı və vətəndaş müharibəsi təhlükəsi| “Bəzi silahlı qruplar BQ rəisini həbs etmək istəyirlər” (YENİLƏNİB)

2019/12/00-22-1575627747.jpg
Oxunub: 4246     18:11     25 Fevral 2021    