Ermənistan BQ-nin bəyanatı ölkədə müharibə dövrünün yetişməsindən xəbər verir

2018/12/15041-1545914415.jpg
Oxunub: 3499     15:36     25 Fevral 2021    
İkinci Qarabağ müharibəsinin dördüncü günü, döyüş sahəsindəki real vəziyyəti Nikol Paşinyana bildirən və müharibəyə son qoymağa çağıran Baş Qərargah rəisi ölkə rəhbərliyi və müharibə boyunca hərbi əməliyyatları idarə edən rəhbərlik arasında fikir ayrılığı yaranıb. Bütün müharibə boyu bu ziddiyyətlər daha da dərinləşib və narazılıqlar üst-üstə toplanıb. 9-10 noyabr tarixli sənədin imzalanmasından sonra isə Onik Qasparyan və ordu korpusunun komandirlərinin əksəriyyəti məğlubiyyətin əsas günahkarını, təkbaşına rüsvayçı təslim sənədini imzalayan Nikol Paşinyan olduğunu hesab ediblər.

Ermənistanda hərbi qüvvələr 10 noyabrdan sonra ölkədəki müxalifətin apardığı mübarizəyə rəğbət bəsləyib və gizli şəkildə dəstək veriblər. Xüsusilə Sünikdə baş verən hadisələrə paralel olaraq, ölkənin siyasi hakimiyyətinin dövləti səhv yolda aparmasına inamlarını daha da gücləndirib.

Hələ dekabr ayında Onik Qasparyan birbaşa Nikol Paşinyana qarşı çıxaraq ordunun daxili siyasi proseslərdə iştirak etməyəcəyini söyləmişdi. Üstəlik, yüksək rütbəli zabitlərdən ibarət böyük bir qrup daima küçə mübarizəsinin kəskinləşməsini gözləmiş və hər an bu mübarizəyə qoşulmağa hazır olub.

20 fevral tarixli mitinq, ötən gün Nikol Paşinyanın anti-Rusiya açıqlamaları bu qərarı daha da yetişdirib.

Baş Qərargah rəisinin müavini Tiran Xaçatryanın vəzifədən çıxarılması isə son damcı oldu, bundan sonra hərbçilər öz etirazlarını açıq şəkildə bildirməyə qərar veriblər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Ermənistan BQ-nin bəyanatı ölkədə müharibə dövrünün yetişməsindən xəbər verir

2018/12/15041-1545914415.jpg
Oxunub: 3500     15:36     25 Fevral 2021    