Fevralın 23-ü axşam Paşinyan “1in.am” nəşrinin efirində yayımlanmış müsahibə zamanı keçmiş prezident Serj Sarkisyanın 44 günlük müharibə zamanı “İsgəndər”dən istifadə etməməklə bağlı ittihamlarına toxunaraq deyib ki, Sarkisyan “öz suallarının cavabını özü bilir: “Qoy sual versin ki, niyə “İsgəndər” partlamayıb və ya niyə o, məsələn 10 faiz partlayıb?”.
Və beləliklə, ən müxtəlif səviyyədə bu bəyanata toxunuş olub.
“Paşinyan rus “İsgəndər”lərinin yararsız olduğunu bildirməklə, necə deyərlər, "dediyinə görə cavab verməlidir””, - deyə “İsgəndər”i hazırlayanlardan biri olan mühəndis-kontruktor Vladimir Kovalyov bildirib.
Alpər Mövludoğlu
Ordu.az