Ordu.az xəbər verir ki, bunu erməni politoloq Levon Şirinyan deyib.
Şirinyanın sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ümumiyyətlə danışa bilmir, jarqonla danışır, prezident olmuş adam erməni dilində danışmır, onun cümələri erməni dilində deyil və o, həmişə hansısa manipulyativ şeylər söyləyir.
“Qarabağ məsələsi üzrə dövlət siyasəti isə 1994-cü ildən formalaşıb ki, bu da bu vəziyyətə gətirib çıxardı. Buna görə də “İsgəndər” olsaydı da, “Lavrov planı”nı həyata keçirmək üçün işləməyəcəkdi. “İsgəndər” işləsəydi, 5+2 “Lavrov planı” reallaşmayacaqdı”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az