Əvvəlcə, prokurorluq, sonra Baş Qərargah Nikol Paşinyanın “Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” hərbi qrupu müharibə zamanı mövqeləri tərk edib” açıqlamasını təkzib edib.
Hər iki qurum qrupun üzvləri tərəfindən fərarilik halları olmadığını bildirib, əslində Paşinyanın növbəti dəfə yalan danışdığını sübut edib.
“Vətən” partiyasının şura üzvü Arsen Babayan qeyd edib ki, bu dövlət strukturlarının Paşinyan saxtakarlıqlarına boyun əyməmək cəsarətini yüksək qiymətləndirir.
“Bu vəziyyətdə olduğu kimi, Paşinyanın bütün yalanları və saxtakarlıqları növbə ilə üzə çıxacaq”, - deyə Babayan bildirib.
Alpər Mövludoğlu
Ordu.az