Ordu.az xəbər verir ki, bunu “Komsomolskaya pravda”ya açıqlamasında “İsgəndər” OTRK-ni hazırlayanlardan biri olan mühəndis-konstruktor Vladimir Kovalyov deyib.
Kovalyovun sözlərinə görə, raket sistemi ilə bağlı bu qədər ciddi ittiham təqdim etmək və eyni zamanda açıq şəkildə özünün məsələnin mahiyyətini bilmədiyini etiraf etmək Ermənistan Baş naziri üçün layiqli deyil və hətta ədəbsiz addımdır.
“Yaxşı, bəs onun “80-ci illərin silahı” barədə açıqlaması? Bu, artıq diletantlığın əlamətidir. Rus ordusu belə öz silahlanmasını “İsgəndər”lərlə komplektləşdirməyi yalnız 2019-cu ilin sonunda başa vurubsa, hansı “80-ci illərin silahı” barədə söhbət ola bilər?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az