Zərbə PUA-ları, gələcəyin müharibəsi

2020/12/4445-3215002810.jpg
Oxunub: 1822     15:38     26 Fevral 2021    
Ucuz və səmərəli PUA-larla müharibənin aparılması üzrə yeni bir dövr başlayır. Türkiyə Dağlıq Qarabağda sübut edilmiş bu tip qarşıdurmalardan xəbərdar olan ölkəyə çevrilib.

Almaniyanın “Die Welt” nəşri “Le Figaro” tərəfindən də dərc olunan bir məqaləsində yazır ki, bu yeni müharibə bir çox təhlükələrlə doludur.

(…) Yalnız son beş il ərzində Ankara dörd ölkənin, yəni 3 dəfə Suriya, eləcə də Liviya, Şimali İraq və Dağlıq Qarabağda baş verən hadisələrə qarışıb. Pilotsuz uçuş aparatları olmadan demək olar ki, bu mümkün deyildi. Məqalədə deyilir: “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi ölkə bu yaxınlarda Qafqazda inandırıcı şəkildə özünü göstərdi”.

“Münaqişənin əvvəlində Ermənistan ordusu özlərinə inamlı hiss etsələr də, bir neçə gün sonra onları Azərbaycan qoşunları deyil, havadan gələn təhlükələr çaxnaşmaya saldı. Onların artilleriya və tankları ağacların altında gizlənmişdi, istehkam şəklində ağac gövdəsindəki komanda məntəqələrini və ərazini yalnız uzun, dərin səngərləri keçə bilirdi. Hər şey hərbi ənənəyə uyğun edilirdi, ancaq bu strategiyanın intihar olduğu ortaya çıxdı. Döyüş mövqeləri havadan asanlıqla aşkar edilərək, PUA-ların hücumları üçün asan hədəflərə çevrilirdi. Ermənilərin bu hücumlara müqavimət göstərəcək bir şeyi yox idi və milçək kimi ölürdülər”, - deyir məqalə müəllifi yazır.

(...) Bu gün qalib olmaq üçün keçmişdə aparılan müharibədən imtina etmək lazımdır. Hərbi PUA-lar artıq 20 ildir istifadə olunur, lakin bütöv münaqişənin gedişatına ilk dəfə Qarabağda təsir göstərdi. Qafqaz, gələcəkdə münaqişələrin necə inkişaf edəcəyini göstərən müasir müharibə meydanına çevrildi. “Die Welt” nəşri yazır ki, getdikcə daha çox ölkə kömək üçün PUA-lara əl atır.

PUA-lar sadəcə kəşfiyyat və dağıdıcı vasitə olmaq çərçivəsindən kənara çıxmaqla, həm də artilleriyanın, tankların və piyadaların əməliyyatlarını əlaqələndirməyə xidmət etməyə başlayıb.

“Bundan əlavə, düşmənin hava müdafiəsini və rabitə əlaqəsini pozmağa başlayıb. Hal-hazırda 40-dan çox müxtəlif növ döyüş PUA-ları mövcuddur. Bunlar raket atan və qadağan edilmiş döyüş sursatı atan adi döyüş PUA-larından başlamış, hədəflərini və özünü məhv edən kamikadze tipli olanlara qədər müxtəlif tiplidir. Kamikadze PUA-ları əsasən İsrail istehsalıdır”, - deyə nəşr yazır.

Hollandiyada yerləşən “Pax” Beynəlxalq Sülhməramlı Təşkilatından olan Vim Zvaynenburq iddia edir ki, PUA-lar səmərəli və ucuzdur.

Eyni zamanda “Bellingcat” onlayn araşdırma jurnalında çalışan silah eksperti deyir ki, ABŞ tərəfindən də PUA-lar “Əl-Qaidə”ni və şübhəli olan digər terrorçuları hədəf almaq üçün illərdir istifadə edilib. Bu gün PUA-ların istifadəsi artıq yaraqlılara qarşı mübarizə ilə məhdudlaşmır. PUA-lar müharibə aparılması üçün idealdır və digər silah sistemləri ilə əlaqələndirilə bilər.

(...) Pilotsuz uçuş aparatları (PUA) dövlətlərin və onların silahlı qüvvələri üçün yalnız bir sıra üstünlükləri malik deyil, həm də qeyri-dövlət aktyorlarının hakim gücünü artırır. Zvaynenburq, Yəmən Hüsilərinin hərəkatını nümunə gətirir. Yəmən, hərbi cəhətdən özündən üstün olan Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətindədir.

“Husilər müttəfiqi İranın verdiyi pilotsuz aparatlarla silahlanıb və bunun hesabına müqavimət göstərməyə qadirdir. Səudiyyə Ərəbistanında neft emalı zavodlarına edilən hücumlar, istədikləri yerə, istədikləri zaman zərbə endirə biləcəklərini sübut etdi. Səudiyyə Ərəbistanı Yəməndəki həssas hədəfləri bombalamağa davam edərsə, Fars Körfəzi krallığının həyati əhəmiyyət daşıyan infrastrukturu da ciddi şəkildə zərər çəkə bilər”, - deyə məqalədə qeyd olunur.

Nəşr yazır ki, bu ssenari dünyanın digər yerlərində də təkrarlana bilər. Gələcəkdə pilotsuz uçuş aparatlarının əldə edilməsi artıq dövlət dəstəyindən asılı olmayacaq. PUA-lar tezliklə, demək olar ki, hər hansı digər silah kimi qara bazarda peyda ola bilər.

“İstər ABŞ, istərsə də Azərbaycan, hökumətlər pilotsuz uçuş aparatlarının zərbələrini tərifləyən videolar yerləşdirməyi sevirlər. Onlar təmiz bir müharibə xəyalını yaratmaq istəyirlər”, - deyə Zvaynenburq qeyd edir.

Uzun illərdir pilotsuz uçuş aparatlarının ən böyük istehsalçıları və ixracatçıları ABŞ, İsrail və Çin olub. Bu gün onlara, xüsusən də Vaşinqtonun Ankaraya pilotsuz uçuş aparatlarını tədarük etməkdən imtina etməsindən sonra, öz sənayesini inkişaf etdirən Türkiyə də qoşulub. 2014-cü ildə Türkiyənin “Bayraktar TB-2” pilotsuz zərbə PUA-sı ilk uçuşunu etdi və Türk PUA parkının mərkəzi hissəsinə çevrildi. Bu il yeni, daha güclü bir versiya ortaya çıxıb. Pilotsuz uçuş aparatlarının yeni bayraqdarı indi “Bayraktar Akıncı”dır. Məqalədə deyilir: “Sələfindən daha çox idarə olunan raket və bomba daşıyır”.

(...) Türk ordusu müxtəlif beynəlxalq əməliyyatlar zamanı yeni beynəlxalq strategiyasını təkmilləşdirməyi bacarıb. Ötən ilin fevral və mart aylarında Ankara Suriyanın üsyançı İdlib əyalətində yeni gücünü nümayiş etdirməyə nail ola bilib. Jurnalist, həmin dövrdə Əsəd rejiminin döyüşçülərinin hava hücumunda 36 türk əsgərini şəhid etdiyini xatırladıb.

Baş verənlərə Türkiyənin cavabı çox çəkmədi. Bir həftə ərzində Suriya ordusunun 100-dən çox döyüş maşını məhv edildi və 3000-ə qədər əsgəri öldürüldü. “Böyük ölümcül əməliyyat yalnız pilotsuz uçuş aparatlarının, artilleriya və qırıcıların birgə fəaliyyəti sayəsində mümkün olub. Qarabağdakı münaqişə sentyabr ayının sonunda başlayanda demək olar ki, artıq bu üsul adi hala gəlmişdi”.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Qarabağ   Ermənistan   Böhran  

Zərbə PUA-ları, gələcəyin müharibəsi

2020/12/4445-3215002810.jpg
Oxunub: 1823     15:38     26 Fevral 2021    