“İsgəndər”in sirri – Diqqətdən kənar qalmış “Davtyan” faktoru

2021/02/443-1614254958.jpg
Oxunub: 5959     15:42     25 Fevral 2021    
“Araçin Lratvakan” xəbər Agentliyinə eksklüziv müsahibəsində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “İsgəndər”dən atəş açmamaqda ittiham olunması ilə bağlı sualı cavablandıran Paşinyan sensasiyalı bir cavab verdi. Xüsusilə, Paşinyan “İsgəndər” raketlərinin partlamadığını və ya 10% partladığını açıqlayıb. O qeyd edib ki, Serj Sarkisyan, cavablarını özü də bildiyi suallarını verir.

44 günlük müharibə zamanı “İskəndər” məsələsi ən çox danışılan mövzulardan biri idi. Məsələ burasındadır ki, “İsgəndər” Aprel döyüşlərindən sonra ictimaiyyətə açıqlanmaqla, Ermənistanın dəhşətli bir silahı olaraq təqdim edilirdi, bu silahın daima Bakıda müharibəyə başlamaq qorxusuna səbəb olacağı və başladığı təqdirdə sadəcə Azərbaycanı məhv edəcəyi vurğulanırdı. Amma Ermənistan “İsgəndər”lərə sahib olsa da, ümumilikdə silahlanma baxımından Bakıdan geri qalırdı. Lakin Ordumuz yüksək dəqiqlikli Belarus istehsalı “Polonez” YARS-larına və İsrail istehsalı “Lora” OTRK-sına malikdir.

Rusiya hərbi sənayesinin nailiyyəti sayılan Ermənistan ordusunun ən yüksək nüfuza malik olan silahı niyə atəş açmadı və ya partlamadı?

Məsələ Ermənistana tədarük olunan silahların keyfiyyətinin necə olmasıdır. Bu baxımdan, Nikol Paşinyanın aylar öncə verdiyi açıqlaması, müharibə bitdikdən sonra Ermənistan Baş Qərargahının keçmiş rəisi general Artak Davtyanın bəyanatı fonunda əhəmiyyət kəsb edir. Digər general Movses Hakobyanın 2018-ci ildən sonra 2017-ci il silah alqı-satqısı planını dəyişdirməkdə ittiham etməsinə cavab verən general Davtyanın açıqlaması o zaman az maraq cəlb edib. Halbuki daha sonra Hakobyan, planın inqilabdan bəri dəyişmədiyini bildirərək, dediklərini inkar etmişdi. Davtyan, planın dəyişmədiyini və dəyişdirməyin o qədər də asan olmadığını, çünki ikitərəfli bir proses olduğundan, təchizatçı ilə razılaşdırılmalı olduğunu bildirmişdi. Eyni zamanda, Davtyan, Baş Qərargahın rəhbəri olduğu dövrdə, yalnız “İsgəndər” raketləri baxımından bir dəyişiklik etmək istədiyini, bunun təchizatçı Rusiya tərəfindən təsdiqlənmədiyi üçün reallaşmadığını bildirmişdi. Erməni general, “İsgəndər” raketlərini niyə və nəyini dəyişdirmək istədiyi barədə təfərrüatlarını açıqlamayaraq, bunun dövlət sirrini ehtiva edən məlumatların olduğunu bildirmişdi.

Ancaq indi, Nikol Paşinyan tərəfindən raketlərin partlamadığını və ya cəmi 10% partladığını, Serj Sarkisyanın bunu bildiyini açıqlaması, Artak Davtyanın da müharibədən sonrakı açıqlaması çox diqqət çəkir. Ermənistana tədarük olunan “İsgəndər” raketlərinin hansı problemləri olub, niyə və bunlara görə kimlər məsuliyyət daşıyırdı? İrəvan 2018-ci ilə qədər Rusiya qarşısında belə bir məsələ qaldırdımı və ya hansı cavabı alıb?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

“İsgəndər”in sirri – Diqqətdən kənar qalmış “Davtyan” faktoru

2021/02/443-1614254958.jpg
Oxunub: 5960     15:42     25 Fevral 2021    