“Hakimiyyət iddia edir ki, Sünik təhlükəsizdir, bu, sinizmə bənzərdir və Baş nazir həllolunmaz problemlərin olmadığını deyirsə, mən ona Sünikə getməyi, kəndlərdən 150 metrlikdə azərbaycanlıların dayandıqlarını görməyi təklif edirəm”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müstəqil deputatı Anna Qriqoryan deyib.
Onun sözlərinə görə, üçtərəfli 9 noyabr bəyanatı ilə qoşunları tutduqları mövqelərdə dayanmalı idi, lakin 18 dekabr memorandumu ilə Ermənistan geri çəkilib.
“Biz təhlükəsizlik zonasını güzəştə getməyə məcbur olmuşuq”, - deyə Qriqoryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran
Paşinyan