Ermənistan və Azərbaycan arasında yenə də hər hansı anlaşma varmı?

2021/02/timth-1614246613.jpg
Oxunub: 1105     16:44     25 Fevral 2021    
Ermənistan Qarabağdakı döyüşlərdən sonra orduda islahatlar aparacaq, ordu sayını optimallaşdıracaq, yeni silahlanma və hərbi texnika sistemlərinə keçəcək. Bu barədə Ermənistan Müdafiə naziri Vaqarşak Harutyunyan ötən gün “RİA Novosti”yə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, hərbi quruculuq prosesi prinsipcə davam edir və bu gün Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət milli silahlı qüvvələrin islahatlarını qaçılmaz və mübahisəsiz bir prioritet halına gətirir.

“Əlbətdə ki, döyüş təcrübəsini və Qarabağdakı məlum hadisələri nəzərə alaraq aşağıdakı məsələlərə - döyüş optimallaşdırması, ilk növbədə, döyüş komponentini artırmaq, yeni komplekslərlə silahlandırmaq, kadr potensialını qorumaq, zabitlərin, dövlət qulluqçularının və müqaviləli hərbi qulluqçuların vəzifələrinin səviyyəsini yüksəltmək yolu ilə yenidən baxacağıq”, - deyə Harutyunyan qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, səylər idarəetmə sistemlərinin, kəşfiyyatın, REM, hava hücumundan müdafiə və pilotsuz aviasiya, raket və artilleriya qoşunlarının inkişafına yönəldiləcək. O xatırladıb ki, ikitərəfli razılaşmalara uyğun olaraq Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistan Silahlı Qüvvələrinin islahatı və modernləşdirilməsinə kömək məqsədilə cari ilin 25-30 yanvar tarixlərində Ermənistanda səfərdə olub.

“Birgə işlərin nəticələrinə əsasən, Ermənistan Silahlı Qüvvələrinin modernizasiyası çərçivəsində gələcək fəaliyyətlər və tədbirlər barədə təkliflər hazırlanıb, bu zaman, prosesin hərbi-texniki tərkib hissəsinə çox ciddi əhəmiyyət verilib”, - deyə erməni nazir qeyd edib.

Beləliklə, Ermənistan Müdafiə naziri Qarabağdakı müharibəni nəzərə alaraq, Ermənistanda hərbi islahatlar, yəni döyüş optimallaşdırması, ilk növbədə, döyüş komponentini artırmaq, yeni komplekslərlə silahlanmaq, kadr potensialını qorumaq, zabitlərin, dövlət qulluqçularının və müqaviləli hərbi qulluqçuların vəzifələrinin səviyyəsini yüksəltmək yolu ilə hərbi islahatların aparılacağına işarə edib.

Bir tərəfdən Vağarşak Harutyunyan döyüş sayı heyətinin optimallaşdırılmasından, digər tərəfdən döyüş komponentini artıraraq yeni silah və hərbi texnika komplekslərinə ehtiyacından danışır.

Bu gün Türkiyə və Azərbaycan tandeminin güclənməsi şəraitində, Ermənistan ordusunda gözlənilən optimallaşdırmaya eyham vurmaq həqiqətən cəfəngiyatdır.

Ardından, Vağarşak Harutyunyan, nə az nə çox, Ermənistanın Azərbaycandan Naxçıvana nəqliyyat kommunikasiyasının təhlükəsizliyini təmin edəcəyini bildirib.

“Əvvəla, Azərbaycanın qərb bölgələri və Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqələrinə toxunarkən “dəhliz” ifadəsinin istifadəsinin səhv olduğunu dərhal qeyd etmək istərdim”, - deyə Harutyunyan bildirib.

Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci il 9 Noyabr tarixli üçtərəfli bəyanatına əsasən yalnız Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən Laçın dəhliz hesab olunur, digər bütün hallarda təkcə nəqliyyat kommunikasiyalarından bəhs olunur.

“Verilən sualı cavablandıraraq deyə bilərəm ki, Ermənistan öz öhdəliklərinə uyğun olaraq yuxarıda göstərilən nəqliyyat kommunikasiyasının təhlükəsizliyi tələblərini təmin edəcək. Ordunun bu kommunikasiyanın müdafiəsinə cəlb olunması məsələsi hazırda qaldırılmır, nəqliyyat kommunikasiyaları üzərində nəzarət, yenə də üçtərəfli bəyanata görə, Rusiya FTX-nin sərhəd xidməti orqanlarına həvalə edilib”, - deyə o qeyd edib.

Başqa sözlə, nəqliyyat əlaqələrinə nəzarəti ruslar idarə edəcək, Ermənistan isə Azərbaycan-Naxçıvan nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalacaq.

Ermənistanla Azərbaycan arasında Ermənistanın bundan əlavə öhdəlikləri olan digər yazılı və ya şifahi razılaşmaları mövcud ola bilərmi?

Vaqarşak Harutyunyan “RİA Novosti”yə verdiyi müsahibədə Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının genişləndirilməsində erməni tərəfinin maraqlı olduğunu açıqlasa da, eyni zamanda ikinci bir hərbi bazanın yaradılmasına ehtiyac olmadığını vurğulamağı zəruri hesab edib.

“Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsi həmişə gündəmdə olub, ən azından hərbi bazanın tam tərkibdə Ermənistanın və Rusiyanın silahlı qüvvələrinin birləşmiş hərbi qruplaşma tərkibinə daxil olması kimi sadə bir səbəbə görə erməni tərəfi həmişə bunun marağında olub. Bu o deməkdir ki, hərbi bazanın imkanlarının genişləndirilməsi Qafqaz bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən birləşmiş hərbi quplaşmanın potensialının artmasına səbəb olacaq”, - deyə o bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan   Böhran   Paşinyan  

Ermənistan və Azərbaycan arasında yenə də hər hansı anlaşma varmı?

2021/02/timth-1614246613.jpg
Oxunub: 1106     16:44     25 Fevral 2021    