Səudiyyə Ərəbistanı “Eagle” PUA-ları alır

2021/02/aksun-1614234341.jpg
Oxunub: 1282     16:50     25 Fevral 2021    
Səudiyyə Ərəbistanı hökuməti “Eagle” PUA-larının tədarük edilməsi üçün ölkənin “Science Technology” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin ümumi dəyəri 266 milyon ABŞ dollarıdır.

Şirkətin məlumatlarına görə, “Eagle” PUA-ları qiyamçılara qarşı mübarizə aparmaq, kəşfiyyat, axtarış-xilasetmə əməliyyatları, nəzarət, müşahidə, dəqiq hücumlar, yaxın hava dəstəyi, patrul missiyaları üçün istifadə olunur.

PUA-nın elektro-optik/infraqırmızı sistemlər, çox rejimli nəzarət radarları, lazer işarələyici vasitələrlə təchiz olunduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərəbistan   PUA  

Səudiyyə Ərəbistanı “Eagle” PUA-ları alır

2021/02/aksun-1614234341.jpg
Oxunub: 1283     16:50     25 Fevral 2021    