IDEX-2021: Səudiyyə müdafiə sənayesi Belarus və BƏƏ ilə əməkdaşlıq etmək niyyətindədir

2018/03/bz07-defence213_1520271942.jpg
Oxunub: 1150     17:50     25 Fevral 2021    
Səudiyyə Ərəbistanının Hərbi Sənaye İdarəsi (GAMİ) Birləşmiş Ərəb Əmirliklərinin “Tawazun” İqtisadi Şurası və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi ilə əməkdaşlıq üçün müqavilələr imzalayıb.

Ordu.az xəbər verir ki, razılaşmalar Əbu-Dabidə keçirilən IDEX-2021 müdafiə sənayesi sərgisində əldə edilib.

Müqavilə çərçivəsində tərəflər ortaq müəssisələr yaradacaq, ortaq layihələr icra edəcək, habelə araşdırma və inkişaf imkanlarını nəzərdə keçirəcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı müdafiə sənayesində daxili resurslarla istehsal nisbətini artırmaq niyyətindədir. Riyad 2030-cu ilədək müdafiə ehtiyaclarının 50%-ni ölkə daxilində istehsal etməyi hədəfləyir. Bunun üçün xarici şirkətlərlə ölkə daxilində ortaq müəssisələr qurmaq istəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   BƏƏ  

IDEX-2021: Səudiyyə müdafiə sənayesi Belarus və BƏƏ ilə əməkdaşlıq etmək niyyətindədir

2018/03/bz07-defence213_1520271942.jpg
Oxunub: 1151     17:50     25 Fevral 2021    