Ermənistanın böhranlı “ali baş komandan” institutu - Vətəndaş müharibəsi qapıdadır

2021/02/gds-1612261656.jpg
Oxunub: 4089     17:47     25 Fevral 2021    
Ermənistan Konstitusiyasının 155-ci maddəsində deyilir ki, müharibə zamanı silahlı qüvvələrin ali komandanı Baş nazirdir.

Ermənistanın “Müdafiə haqqında” Qanununun 16-cı maddəsində də deyilir: “Müharibə olmayan dövrlərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ermənistan Müdafiə Nazirinə tabedir. Müharibə zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Silahlı Qüvvələrin Ali Baş Komandanına tabedir. Bu cür birbaşa tabeçilik Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən həll olunmayan məsələlərə mülki nəzarəti həyata keçirən Ermənistan Müdafiə Nazirinə tabeliyini tənzimləyib əvəz etmir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan müsahibsində qeyd edib ki, müharibə zamanı Baş Qərargah rəisi Ali Baş Komandana, amma bəzi məsələlərdə müdafiə nazirinə tabe olur: “İndi “bəzi məsələlər” nə deməkdir? Qanun, xüsusən də bu cür münasibətlərdə ikili şəkildə şərh olunmasına rəvac verməməlidir”,

Bundan əvvəl Ermənistan ın keçmiş müdafiə naziri Davit Tonoyan “Mediamax”a verdiyi müsahibəsində bəzi etiraflar etmişdi.

“Baş nazir-Müdafiə Nazirliyi - Baş Qərargah komandanlığı müstəvisində, müharibə zamanı ortaya çıxan qeyri-müəyyənliyi və ondan irəli gələn əngəlləri, xüsusilə, səfərbərlik, Təhlükəsizlik Şurasının rolu və funksiyaları və qarşılıqlı münasibətləri, Qarabağda özünümüdafiənin təşkili və insanların evakuasiya ilə əlaqəli məsələləri dəf edə bilmədim”.

Tonoyan davam edərək qeyd edib ki, 2015-ci ildə qəbul edilən yeni Konstitusiyaya görə, müharibə zamanı müdafiə nazirinin faktiki olaraq hərbi əməliyyatların planlaşdırılması və aparılması prosesindən kənarda qalır, çünki bu səlahiyyətlər Ali Baş Komandan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə verilir.

“Konstitusiya düzəlişlərindən sonra, “Müdafiə haqqlnda” bu qeyri-müəyyənliyi aradan qaldırmağa cəhd edilib, amma həyat təcrübəsinin göstərdiyi buna yetərli şəkildə nail olmaq mümkün olmayıb”, - deyə Tonoyan bildirib.

Bütün bunlar ayrıca bir araşdırmanın mövzusudur, ancaq bir şey aydındır, Paşinyanın yaranmış vəziyyət üçün əsas cavabdeh olduğunu, ancaq bir nömrəli günahkar olmadığını iddia etməsi əsassızdır, çünki müharibə şəraitində heç bir şey Ali Baş Komandan bilmədən və xəbəri olmadan edilmir və edilməyib.

Erməni KİV-lərindən biri yazır ki, Ali Baş Komandanın funksiyası iqamətgahında oturmaq və ya Müdafiə Nazirliyinə gedərək xəritələri açıb 2015-ci il mətbuat konfransında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan dediyi kimi birinci ordu korpusunun sağdan, ikinci ordu korpusundan soldan hücum etməsini söyləmək, Qarabağda, “generallar bunkerində” yazılmamış qanunlarla Anna Hakobyanın etdiyi hərəkətlərin onun funksiyası olmadığı isə başqa bir məsələdir.

Mediada yer alan məlumatlara görə, Nikol Paşinyan hərbi əməliyyatlarla bağlı, məsələn, Lələtəpəni tutmaq üçün təlimat verməsinə dair məlumatların sızmasına baxmayaraq, əlbəttə ki, “AzadlıqRadiosuna” verdiyi müsahibədə bunu təkzib edib.

“Mənim tərəfimdən, Lələtəpə yüksəkliyini götürmə kimi tapşırıq verilməyib, hər hansı hərbi əməliyyat üçün heç bir təlimat verməmişəm. Yeri gəlmişkən, əvvəlki suallarınızdan biri ilə əlaqəli çox vacib bir epizod deyim. Konkret yaranmış vəziyyəti həll etmək üçün hərbçilərlə məsləhətləşmələrin olduğu, fikirləri dinlədikdən sonra belə bir əməliyyat keçirilməli olduğu qənaətinə gəldiyimiz hal olub. Bu, həlledici dönüş yaratmalı olan bir əməliyyat idi, lakin əsas bölmələrdən biri tapşırığı yerinə yetirmək üçün hərəkətə keçmədiyinə görə müvəffəqqiyyət əldə oluna bilmədi.

İndi komandirin yaralandığı iddia edilir, indi isə əslində yaralanmadığı, özü-özünü yaraladığı barədə fərziyyələr var. Bu məqamlara aydınlıq gətirilməlidir, amma mən deyim ki, gedin, filan əməliyyatı bu cür şəkildə həyata keçirin... mən, siyasi məsələ formalaşdırmışam. Ancaq əlbətdə ki, döyüş əməliyyatlarının təfərrüatlarına müdaxilə etməmişəm, çünki bunu etmək səlahiyyətim də olmayıb, buna zərurət də olmayıb”, - deyə Paşinyan bildirib.

5 dekabr tarixində canlı video bağlantı zamanı müraciətində isə Nikol Paşinyan özü, əslində, dediklərini təkzib etmişdi: “İndi də döyüşlərdəki uğursuzluqlara görə birbaşa məsuliyyəti mənim üzərimə atırlar. Baş nazir döyüşə rəhbərlik edir, taqım komandiri və ya alay komandiri səviyyəsində qərarlar verib? Baş nazir bir dəfə tək başına müharibə zamanı qərar verib və bunun hesabına 7-ci müdafiə rayonu öz yerindədir, çünki bəzi insanlar çaxnaşma içində 7-ci müdafiə rayonunu da təhvil vermək istəyirdilər”.

Xatırladaq ki, “Yeğnikner” hərbi hissəsi müharibə dövründə Karen Calavyanın komandirliyi altında 7-ci müdafiə rayonu istiqamətində olub.

Ali Baş Komandanın funksiyası məsələsinə qayıdaraq, xatırladaq ki, Serj Sarkisyanın görüşdə belə deyib: “Ali Baş Komandanın vəzifəsi hərbi-siyasi problemin həlli üçün ölkənin bütün resurslarını səfərbər etmək, yəni respublika üçün təhlükəni zərərsizləşdirməkdən ibarətdir. Baş Komandan yalnız koordinasiya edirsə, o zaman bunu necə təşkil etməlidir? Bəli, hökumət, yəni parlament çoxluğu və Respublika Prezidenti eyni siyasi qüvvənin nümayəndələridirsə, problem yaranmır, çünki Konstitusiyadan əlavə olaraq aid olduqları partiya nizamnaməsi də var, partiyanın təsir imkanları da var və bu problem həll edilə bilər. Üstəlik, eyni siyasi qüvvənin təmsilçisisinizsə, eyni proqram müddəalarına, eyni hədəflərə və sair hallara sahib olduğunuz deməkdir. Bəs fərqli siyasi qüvvələr olduğu təqdirdə, bu məsələ necə həll olunmalıdır, qarşıdurma şəklində yoxsa? Yəni bir tərəfdən müharibə vəziyyəti, digər tərəfdən ölkə daxilindəki qarşıdurma? Bunu necə təsəvvür edirsiniz? Bu, təhlükəsizliyimiz üçün real bir təhdiddir. Bu təhlükənin zərərsizləşdirilməsini istəyirəm, məsuliyyətin hüquqların olduğu yerdə olmasını istəyirəm”.

Ermənistan prezidenti eyni siyasi qüvvənin təmsilçisi deyil, lakin Armen Sarkisyan kimi bir Prezident oldğu halda hakim çoxluqla belə bir qarşıdurma baş verməyib, çünki Armen Sarkisyan itayətkarlıqla Nikol Paşinyanın iradəsini həyata keçirir.

Serj Sarkisyan bu yaxınlarda “ArmNews”a verdiyi müsahibəsində Ali Baş Komandanın funksiyaları barədə yuxarıda qeyd olunan fikirləri təkrarlamaqla Baş Komandanın iki əsas funksiyaya sahib olduğunu qeyd edib.

“Ali Baş komandan heç vaxt xəritənin yanında durmaz, ya da durub düşünüb deməz ki, bu alay buraya, bu bölmə oraya, bu artilleriya bölməsi buraya getməlidir. Vəziyyəti yaxşı bilsə də, bu heç onun işi deyil, buna haqqı yoxdur, çünki bunu etməklə müəyyən bir komandirin fikirlərini həyata keçirməsinin qarşısını alırsan, eyni zamanda, onun işini, müəyyən dərəcədə məsuliyyətini zəiflətmiş olursan. Ali Baş komandan ölkənin hərbi-siyasi problemini həll etmək, yəni düşməni dayandırmaq və ya düşməni darmadağın etmək, yaxud ən azından layiqli bir müqavimət göstərmək üçün bütün potensialı səfərbər etməlidir. Bu, birinci vacib əhəmiyyətli məsuliyyətidir. Ancaq bəzi səbəbləri tutduğumuzda, niyə əlavə komplektləşdirə bilmədiyimiz halda, niyə qoşun göndərə bilmədiyimizi, təkrarən 90-cı illərdə olduğu kimi dəstələr dönəminə geri qayıtmış olduq, belə demək mümkünsə, bundan qurtulmalıyıq.

Ali Baş Komandanın ikinci ən vacib funksiyası vəziyyəti nəzarətdə saxlamalı və vəziyyətə görə hərbi-siyasi qərarlar qəbul etməlidir. Bunu etmək üçün bütün vasitələrə sahibdir, Baş Qərargah rəisi, o cümlədən Müdafiə Naziri razılığını bildirəndə, vəziyyəti dərhal yoxlamalısan, xüsusi xidmət orqanlarımız var, Baş hərbi müfəttişimiz var, başqa alətlərimiz var vəziyyətin yoxlanılması və vəziyyətdən irəli gələn qərar qəbul etməlisən”, - deyə Sarkisyan bildirməklə Ali Baş Komandan rolunun açıq-aşkar uğursuz olduğunu vurğulayıb.

Faktiki olaraq, Paşinyan hərbi-siyasi məqsədlər üçün resursların səfərbər olunması məsələsində reallıqda uğursuzluğa yol verib, səfərbərlik həyata keçirilməyib və bu da ağrılı nəticələrə səbəb olub.

Başqa sözlə, Ermənistanın müharibə vəziyyətində səfərbərlik planı yox idi. 27 sentyabrda ümumi səfərbərlik elan edildi, sonra bunun doğru olduğu, ümumi səfərbərlik elan edilsə də, qismən səfərbərlik həyata keçirildiyi deyildi, amma əslində səfərbərlik olmadı. Konkret və ya müəyyən bir peşəyə, təlimə sahib olan bir çox insan səfərbərliyə cəlb olunmayıb. Bir qədər təhsil almış insanlar, hamısı könüllü olaraq əsgər kimi göndərildi, halbuki müəyyən vəzifələr tuta bilərdilər. Ancaq müəyyən funksiyaları yerinə yetirməyə hazır olan bir adamın əsgər kimi istifadə edilməsi absurd idi, ancaq Ermənistanda bunu edə bilərdilər.

Müharibənin ilk günündə səfərbərlik planlarına görə (açıqlanmır) müvafiq qüvvələr yaradılsa da, 44-45 gün kifayət qədər böyük bir zaman idi, həmin dövrdə döyüş vahidlərinin yaradılması, könüllü qrupların yerinə yetirə bilmədikləri vəzifələri onlara tapşırmaq mümkün idi. Bu, böyük bir hərbi-siyasi səhv idi, qalan hər şey buradan başlayır. Başqa sözlə, tamamilə hərbi-siyasi faktoru götürsək, Ermənistanın hazırkı vəziyyətə gəlib çıxmağının səbəbi aydın bir idarəetmə sisteminin olmamasında idi.

Dinc dövrdə Nikol Paşinyanın Ali Baş Komandan olmadığına gəlincə, 2015-ci ildə Serj Sarkisyan konstitusiya dəyişiklikləri kontekstində bunun uzun bir düşüncənin və şüurlu yanaşmanın nəticəsi olduğunu qeyd edib.

“Baxın, islahatlar həyata keçirilsə, bütün icra hakimiyyəti hökumətin əlində cəmləşəcək, hər şey, bu vəziyyətdə Baş nazirə Ali Baş Komandan funksiyalarını vermək, düşünürəm ki, dinc dövr üçün bir təhlükədir. Niyə, çünki Ali Baş Komandan deyəndə Baş Komandan tərəfindən güc, qoşun tətbiq edilməsinə qeyd-şərtsiz yanaşma nəzərdə tutulur? Bəs, ordu sülh dövründə harada istifadə edilə bilər? Mən çox təfərrüata varmaq istəmirəm, lakin bu qədər səlahiyyətə sahib olmaq, sülh şəraitində qoşunlardan istifadə etmək səlahiyyətinə sahib olmaq çox təhlükəli bir müddəadır”, - deyə Sarkisyan 2015-ci ildə media mənsubları ilə görüşündə qeyd etmişdi.

Lakin bütün bu proseslər bu gün Onik Qasparyan tərəfindən Paşinyan və hökumətinin istefaya getməli olduğunu bəyan etməsindən sonra dalana dirəndi. Faktiki olaraq, Ermənistanda böhranlı “ali baş komandan” institutuna rəhbərlik üzərində Vətəndaş müharibəsi təhlükəsi mövcuddur.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə illərdir Robert Köçəryanı daxili siyasi prosesləri idarə etmək üçün qoşunları hərəkətə keçirməkdə günahlandıran Nikol Paşinyan, dəfələrlə Baş Qərargah rəisi Onik Qasparyana qoşunları onun təlimatlarını yerinə yetirməyə hazır vəziyyətdə saxlamağı tapşırmışdı. Cavabında Onik Qasparyan Baş Qərargah rəisi olduğu müddətdə ordunun daxili siyasi proseslərə qarışmayacağını, şəhərə gətirilməyəcəyini söyləyib.

Onik Qasparyana bir dəfə orduya məxsus “Ural” maşınlarını şəhərə gətirmələri lazım olduğunu söyləyiblər. Məqsəd müxalifətçilər küçələri nəqliyyat vasitələri ilə bağlamağa çalışdıqları təqdirdə, həmin maşınlarla küçələri açmaq nəzərdə tutulub. Lakin Qasparyan bir daha açıq şəkildə ordunu daxili siyasi proseslərə cəlb etmək niyyətində olmadığını vurğulayıb.

Əlavə etmək lazımdır ki, o vaxt Ermənistan Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun komandir müavini, qəraragah rəisi olduğu vaxt hazırkı Baş Qərargah rəisi, “1 Mart” hadisəsi ilə bağlı verdiyi ifadəsində heç kimdən etirazları hər vasitə ilə, hətta silah istifadə edərək yatırmaq üçün təlimat almadığına dair israr edib.

Son zamanlar Paşinyanın ordunun daxili siyasi inkişaflara qarışmasına icazə vermədiyi üçün Onik Qasparyandan qurtulmağa çalışdığı barədə şayiələr dolaşırdı. Bu səbəbdən də orduda idarəetmə modelini dəyişdirmək istəyirdilər, yayılan məlumatlara görə Baş qərargah rəisi yeni modellə müdafiə nazirinin müavini statusunda olacaq, ordu ona birbaşa itaət etməyəcək, ancaq nazirə tabe olacaqdı. Vağarşak Harutyunyanın ordunu siyasiləşdirmək üçün “qanuni” bir öhdəlik götürdüyü heç kimə sirr deyildi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanın böhranlı “ali baş komandan” institutu - Vətəndaş müharibəsi qapıdadır

2021/02/gds-1612261656.jpg
Oxunub: 4090     17:47     25 Fevral 2021    