Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb

2021/02/16140-1614085993.jpg
Oxunub: 4192     16:56     23 Fevral 2021    
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Britaniya parlamentinin üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a bildirilib ki, Ülvi Pepinova, Fəridə Pənahova, Nərminə Məmmədova, Toğrul Bağırov və Vüsalə Kərimovanın imzası ilə ingilis parlamentarilərinə ünvanlanan müraciətdə bildirilib ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən birini, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının növbəti ildönümünü yad edirlər. Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Serebrenitsa və Sonqmi ilə müqayisə edən soydaşlarımız erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər.

Azərbaycan icmasının üzvləri ingilis deputatları bu müraciəti İcmalar Palatasında səsləndirməyə, 26 fevral tarixini Xocalının anım günü elan etməyə, soyqırımı pisləyən qətnaməni imzalamağa, onu törədənlərin Haaqadakı Beynəlxalq tribunalda mühakimə olunmasını tələb etməyə çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı-soyqırımı  

Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb

2021/02/16140-1614085993.jpg
Oxunub: 4193     16:56     23 Fevral 2021    