Türkiyədən SOM ixracatı: Azərbaycan Ermənistanı bütün dərinliklə 300 kilometrə qədər vurmaq iqtidarındadır

2021/02/655-1613806217.jpg
Oxunub: 17132     12:14     20 Fevral 2021    
Məlum olduğu kimi Azərbaycanın Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının plenar iclasından iştirak etmək üçün Türkiyəyə səfər edib.

Əldə edilən məlumata görə, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi də daxil olmaqla 10-dan çox müqavilə imzalanıb.

Türkiyə mətbuatının məlumatına görə, razılaşma Türkiyənin ilk milli qanadlı raketlərinin Azərbaycana ixrac edilməsini əhatə edir.

SOM-B1 tipli qanadlı raketin maketi əvvəllər Azərbaycanda keçirilən parad zamanı görüntülənib.

SOM qanadlı raketi (Səthə Atılan Orta Mənzilli Sursat) Türkiyənin Müdafiə Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən layihələndirilib. Raketin istehsalı və xarici dövlətlərə satışı məsələləri ROKETSAN şirkətinə həvalə olunub. Uzunmənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən raket həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Quru, dəniz və hava platformalarından buraxıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir. SOM-un modul quruluşu oxşar raket sistemləri ilə müqayisədə daha çox əməliyyat rahatlığı təklif edərək müxtəlif variantların yaradılmasına imkan verir.

İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilib. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarıb. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılırdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.

SOM qanadlı raketlərinin ilk 3 versiyası olan SOM-A, SOM-B1, SOM-B2 hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 (CCIP və Blok 50 variantlarında) və F-4E 2020 döyüş təyyarələrinə inteqrasiya olunub. 2018-ci ildən etibarən Türkiyəyə təhvil verilməli olan 116 ədəd F-35 döyüş təyyarələrinin daxili sursat bloku isə 4 ədəd SOM-J qanadlı raketləri ilə təchiz olunmalı idi.

SOM raketlərinin imkanları

Mərkəzi şəbəkə əməliyyat konsepsiyasına uyğun olaraq hazırlanan SOM, zəruri hallarda, buraxıldıqdan sonra başqa bir istifadəçi tərəfindən və digər hədəfə qarşı da tətbiq edilə bilər. İnfraqırmızı aşkarlama sensorları raket uçuşunun son mərhələsində hədəfə doğru daha həssas hərəkət etməyə imkan verir. Qanadlı raketlər “Universal Armament Interface” sisteminə uyğunlaşdırılıb.

Bütün raketlər tuşlama-naviqasiya və ərazi-naviqasiya sistemi ilə təchiz olunur. Bundan əlavə, SOM-B1, SOM-B2 və SOM-J infraqırmızı özütuşlanan başlığa, avtomatik hədəf ələkeçirmə və elektron-optik korrelyasiya alt sisteminə malikdir. SOM-A və SOM-B1 230 kq-lıq nüfuzetmə döyüş başlığı, o cümlədən SOM-B2 də eyni kütləli tandem nüfuzetmə başlığı ilə təchiz olunur, ümumi çəkisi təxminən 600 kq-dır. Raketin ümumi uzunluğu təqribən 4 metrdir və 250+ kilometr mənzilli var. SOM-J isə 140 kq döyüş başlığı daşıyır.

Beləliklə, TÜBİTAK Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu (SAGE) tərəfindən hazırlanan və “Roketsan” tərəfindən istehsal edilən SOM qanadlı raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Nəticədə, Azərbaycanın raket arsenalında 250+ kilometr məsafəyə və yüksək dəqiqliklə zərbə qabiliyyətinə malik sursata sahib olacaq.

Layihə çərçivəsində SOM-A və SOM-B1 raketlərinin inkişaf fəaliyyətləri tamamlanaraq Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilib. SOM-B2, SOM-C1, SOM-C2 və SOM-J raketlərinin inkişaf işləri hazırda davam etdirilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   SOM  

Türkiyədən SOM ixracatı: Azərbaycan Ermənistanı bütün dərinliklə 300 kilometrə qədər vurmaq iqtidarındadır

2021/02/655-1613806217.jpg
Oxunub: 17133     12:14     20 Fevral 2021    