İsraildən Azərbaycana sursat tədarükü - SQ istənilən təhdidə cavab verməyə hazırdır

2020/11/433-1606027080.jpg
Oxunub: 8818     16:33     19 Fevral 2021    
Azərbaycan Silahlı Qüvvələri Qarabağ döyüşlərindən sonra silah və sursat ehtiyacını İsrail ilə 2 milyard ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi bağlayaraq təmin etməyi düşünür.

Mənbələrə görə, Azərbaycan bu yay İsrail ilə 2 milyard dollarlıq yeni müdafiə müqaviləsi imzalamağı planlaşdırır. İmzalanması planlaşdırılan müqavilə Azərbaycana 5 ildən 7 ilə qədər silah tədarükünü nəzərdə tutur.

Müqavilənin əsas maddəsinin Azərbaycana yüksək dəqiqlikli silah tədarükü və müharibədə xərclənən sursatların yenidən təchizatı istiqamətində olacağı gözlənilir.

Azərbaycanın İsraildən idxal etdiyi və Qarabağ müharibəsi dövründə fəal şəkildə istifadə etdiyi “Harop” kamikadze PUA-ları diqqəti cəlb etdi. Azərbaycan da İsrail ilə münasibətlərini inkişaf etdirməyə və kamikadze PUA-larını lisenziyaya əsasən istehsal etməyə razı oldu.

Azərbaycan Silahlı Qüvvələri Qarabağ müharibəsində Türkiyədən çox, İsrail istehsalı silahlardan istifadə edib. Müharibə zamanı Türkiyə hərbi texnikasının böyük bir hissəsi, xüsusilə “Bayraktar TB-2” zərbə PUA-ları və MAM-L sursatları müharibə üçün oyun dəyişdirici rolunu oynayırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi açıqlamaya görə, müharibə zamanı Ermənistan Ordusunun 1.9 milyard dollar dəyərindəki hədəfini məhv edən “Bayraktar TB2” PUA-ları və “Roketsan” şirkətinin MAM-L sursatları qələbə yolundakı əsas amillər idi.

İndi Türkiyədən Azərbaycana silah təchizatı üçün daha aktiv bir yolun olması danılmazdır. Azərbaycanın da Türkiyədən müdafiə satınalmaları ilə kifayət qədər böyük bir büdcə reallaşdıracağı gözlənilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə  

İsraildən Azərbaycana sursat tədarükü - SQ istənilən təhdidə cavab verməyə hazırdır

2020/11/433-1606027080.jpg
Oxunub: 8819     16:33     19 Fevral 2021    