Ermənistanda silahlı qüvvələri yenidən formalaşdırmaq niyyətindədirlər? – ANALİZ

2021/02/gds-1612261656.jpg
Oxunub: 8867     17:53     18 Fevral 2021    
Bəzi məlumatlara görə, Ermənistan hakimiyyətinin yuxarı eşalonlarında əvvəlki ordu idarəetmə sisteminin bərpası məsələsi müzakirə olunur, yəni 2015-ci il konstitusiyasında olduğu kimi mərkəzləşdirilmiş şaquli sistemə qayıdış tətbiq edilir. Bunun üçün konstitusiya dəyişikliklərinə başlamaq lazımdır.

Xatırladaq ki, 2015-ci il Ermənistan konstitusiyasına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı müdafiə sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirən, Silahlı Qüvvələrin və digər qoşunların ən yüksək komandanlığını təyin və vəzifədən azad edən Ermənistan prezidenti idi. 2015-ci ildəki dəyişikliklər nəticəsində silahlı qüvvələrin idarə olunması parlament idarəetmə modelinə uyğunlaşdırıldı və Silahlı Qüvvələr hökumətin səlahiyyətinə keçdi. Buna görə də “silahlı qüvvələrin tətbiq olunması” qərarı Ermənistan hökuməti tərəfindən verilir. Təcili ehtiyac olduqda, Müdafiə nazirinin təklifi ilə Baş nazir qərar qəbul edir və dərhal bu barədə Hökumət üzvlərinə məlumat verir.

Ermənistanda müdafiə siyasətinin əsas istiqamətləri Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilir. Müdafiə naziri bu əsas istiqamətlər çərçivəsində Silahlı Qüvvələrə rəhbərlik edir. Silahlı Qüvvələrin ən yüksək hərbi vəzifəli şəxsi, Baş Nazirin tövsiyəsi ilə qanunla müəyyən edilmiş müddətə prezidenti tərəfindən təyin olunan Baş Qərargah rəisidir. Müharibə olmayan vaxtlarda Baş Qərargah rəisi Müdafiə Nazirinə tabedir. Müharibə zamanı silahlı qüvvələrin ali baş komandanı baş nazirdir.

Bu dəyişikliklərin zəruriliyi və Ermənistan hökumətinin hədəfləri barədə müxtəlif fərziyyələr irəli sürülür. Paşinyanın komandası 44 günlük müharibənin məğlubiyyətindəki bütün günahları konstitusiya və ordunun mərkəzləşdirilməmiş rəhbərliyi modelinin üzərinə qoyur. Yeri gəlmişkən, bu barədə ilk ittihamları Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyan istefa etdikdən sonra verdiyi müsahibədə bu müharibə zamanı ən böyük buraxdığı şəxsi səhv kimi nəyi hesab etdiyinə dair sualı cavablandırarkən səsləndirmişdi. O, “Baş nazir-Müdafiə Nazirliyi - Baş Qərargahın müharibə şəraitində komandanlığının şaquli olması və ondan irəli gələn maneələrlə bağlı qeyri-müəyyənliyi” dəf edə bilmədiyini qeyd etmişdi.

“Xüsusilə səfərbərlik, Təhlükəsizlik Şurasının rolu və funksiyaları və rəsmi qarşılıqlı münasibətlər, Qarabağda müdafiənin təşkili və əhalinin təxliyəsi ilə bağlı məsələlər”, - deyə David Tonoyan qeyd etməklə, bunun Konstitusiyanın problemi olduğunu əlavə edib.

“2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya görə, müharibə zamanı Müdafiə Naziri hərbi əməliyyatların planlaşdırılması və aparılması prosesindən faktiki olaraq kənarda qalır, çünki bu səlahiyyətlər Ali Baş Komandan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə verilir. Konstitusiya dəyişikliyindən sonra “Müdafiə haqqında” qanununda bu müəmmalılığı həll etmək üçün bir cəhd edildi, həyat göstərdiyi kimi bu da kifayət deyildi”, - deyə keçmiş erməni nazir vurğulamışdı.

Xatırladaq ki, 2015-ci ildə bu dəyişiklik üçün erməni səlahiyyətlilər də tənqid olundu, lakin onlar da öz növbəsində, idarəetmə sisteminin özünün müharibə vəziyyətində müdafiə təşkilinin effektivliyi ilə heç bir əlaqəsi olmadığını iddia edirdilər. Tarixi təcrübə göstərir ki, həm prezident, həm də parlament idarəetmə sistemi olan ölkələr müharibədə uğursuz da ola bilər və ya uğur da qazana bilər. Yarandığı gündən bəri müharibə şəraitində olan və həmişə parlament idarəetmə sisteminə sahib olan İsrailin nümunəsi önə çəkilirdi.

Üstəlik bunun daha təsirli bir variant olduğu, silahlı qüvvələrin daim lazımi maliyyə və digər mənbələrə sahib olan hökumətin tabeliyində olduğu deyilirdi.

Araşdırmalara görə, dəyişikliyin əsl məqsədi fərqlidir. Bu, yeni təyin olunmuş müdafiə naziri Vaqarşak Harutyunyanın mövqeyini gücləndirmək, statusunu artırmaq və müstəqil fəaliyyət göstərməsini təmin etmək üçün edilir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahını və rəisini arxa plana keçirmək məqsədi daşıyır.

Dəyişikliyin fəal dəstəkçilərindən biri Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, bütün sistemi kölgədə idarə edən de-fakto müdafiə naziri Andranik Köçəryandır və nazir Vağarşak Harutyunyan da müstəsna olaraq onun göstərişləri ilə hərəkət edir.

Bəs, Nikol Paşinyanın “qazancı” nədir?

Paşiyan bununla səs-küylü qərarların iştirakçısı olmaq baş ağrısından qurtulacaq.

Xüsusən də o, Vağarşak Harutyunyanın simasında heç bir təzyiqə müqavimət göstərməyən üçün çox əlverişli bir həmkar qazanır. Hazırda Ermənistanda Onik Qasparyandan təhlükə görürlər, onun və mümkün varislərinin təsirini minimuma endirməyə çalışırlar. Yeri gəlmişkən, yeni modelə görə Baş Qərargah rəisi Müdafiə nazirinin müavini statusunda olacaq və ordu birbaşa ona yox, nazirə tabe olacaq.

Ancaq bir problem var. Ermənistanda Silahlı Qüvvələr haqqında Konstitusiyanın 155-ci fəsli yalnız referendumla dəyişdirilir. Hərçənd Paşinyan hökuməti, həmişəki kimi, bu dəfə də qanunsuzluğa əl ata, Konstitusiyadan yan keçərək öz anlayış və düşüncələrinə uyğun davranaraq qərarını konstitusiyaya zidd bir şəkildə həyata keçirə bilər.

Hər halda, Ermənistanda keçən il yaradılan Konstitusiya İslahatı Komissiyası müharibədən bəri fəaliyyət göstərmir, heç bir iclas çağırılmır, bəzi komissiya üzvləri müharibədən sonra Konstitusiyanın dəyişdirilməsi məsələsinin erkən olması, müharibədən sonrakı problemlərin həll edilməli olduğunu iddia edərək komissiyadan çıxdıqlarını elan etdilər.

Firuz Bağırov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

Ermənistanda silahlı qüvvələri yenidən formalaşdırmaq niyyətindədirlər? – ANALİZ

2021/02/gds-1612261656.jpg
Oxunub: 8868     17:53     18 Fevral 2021    