Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTOLAR

2021/01/34b0f-9671061630.jpg
Oxunub: 946     18:12     28 Yanvar 2021    
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

Ordu.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTOLAR

2021/01/34b0f-9671061630.jpg
Oxunub: 947     18:12     28 Yanvar 2021    