Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müqavilənin ümumi dəyəri 50 milyon dollardır. Bəhreynə 14, Çexiyaya 5 sistem tədarük ediləcək.
Müqavilədə nəzərdə tutulan işlərin 2023-cü ilədək tamamlanması gözlənilir.
AH-1Z orta dalğalı infraqırmızı sensordan, rəngli kameradan, lazer təyinedicidən ibarətdir. Sistemlər “Hellfire” raketləri kimi silahlar üçün passiv hədəfləmə funksiyasını yerinə yetirir.
Sevinc Əliyva
Ordu.az