Türkiyənin “İstanbul” adlı yerli freqatına QISA BAXIŞ

2021/01/60069-1611813505.jpg
Oxunub: 918     16:57     28 Yanvar 2021    
Xəbər verdiyimiz kimi, yanvarın 23-də MİLGEM Layihəsinin davamı olaraq istehsal olunan “İ” sinfinə məxsus freqatlardan birincisi olan “İstanbul” suya endirildi.

Layihə Türkiyənin Müdafiə Sənayesi İdarəsi və STM Müdafiə Texnologiyaları şirkəti tərəfindən həyata keçirilib, əsas podratçı İstanbul Gəmiqayırma Komandanlığıdır.

STM şirkəti MİLGEM layihəsinin ilk 4 “ADA” sinfinə məxsus korvetlərin Hərbi Dəniz Qüvvələrinə təslim edilməsindən sonra “İ” sinifli freqatların (MİLGEM layihəsinin 5-ci gəmisi) tədarükü prosesində əsas podratçı olaraq fəaliyyət göstərir.

Şirkət 2019-cu ildə Müdafiə Sənayesi İdarəsi ilə müqavilə imzalamışdı. Müqavilə ilə STM gəminin dizaynını, silah elektron sistemlərini əhatə edən əsas podratçı olacaqdı. ASELSAN və HAVELSAN-ın əsas əməkdaş olduğu layihədə 150-dən çox sistem üçün 80-nə yaxın subpodratçı fəaliyyət göstərirdi. Ümumilikdə müqavilə və sifarişlə işləyən şirkətlərin sayı 220-yə çatır.

Gəmi müasir xüsusiyyətlərlə xidmət edəcək

“İ” sinfinə məxsus freqat müqaviləsində sistem və sistem təmin edən şirkətlər əvvəlki MİLGEM gəmilərində olduğu kimi təyin edilib və mövcud yerli şirkətlərlə layihənin icrasına başlanıb. Sistem tədarükü edən təxminən 80 subpodratçının üçdə ikisi yerli, üçdə biri xarici şirkətlərdir.

“İ” freqatları müasir hava hücumundan müdafiə və dəniz müharibəsi, sualtı müharibə və patrul fəaliyyətlərinin icrasını həyata keçirəcək. Kəşfiyyat və nəzarət, hədəf aşkarlama, tanıma, erkən xəbərdarlıq missiyaları ilə baza və liman müdafiəsi tapşırıqlarını yerinə yetirəcək freqatlar inkişaf etmiş dəniz xüsusiyyətlərinə sahib tamamilə milli resurslarla dizayn edilib.

Freqat 113 metr uzunluğunda və 14,4 metr enindədir. Təxminən 3 min ton subasımı qabiliyyətinə sahib freqatlara “Ada” sinif korvetlərindən fərqli olaraq “yer-hava” raketləri yerləşdirilib.

“İ” sinfinə məxsus freqatlara milli radioelektron müharibə sistemləri və yeni nəsil milli döyüş idarəetmə sistemi, təkmilləşdirilmiş silahlar, radar və sensorlar, rabitə və naviqasiya sistemləri inteqrasiya edilib. Gəminin 75%-dən çox hissəsi yerli resurslar hesabına inkişaf etdirilib.

Yerli şirkətlər gəminin radioelektron sistemləri, elektrik sistemi, köməkçi maşın sistemləri (dizel generator dəstləri, inteqrasiya edilmiş platforma nəzarət və izləmə sistemi, KBRN bölmələri ilə aşkarlama və diaqnoz sistemi, nasoslar, klapanlar, elektrik enerjisi sistemləri, kabellər, panellər, hava kompressorları, yanğın söndürmə sistemləri), gəmidə yaşamaq üçün lazım olan avadanlıqları (istilik, havalandırma və kondisioner sistemi, şirin su sistemi, yaşayış otaqlarının mebel avadanlığı, xidmət sahələri, isti su sistemi), gəmiçilik avadanlığı (sükan ötürücüsü, anqar qapısı, torpedo yuvası boşluqları, dəniz pisti) kimi sistemlərin tədarükünü təmin edir.

“İstanbul” freqatının 2023-cü ildə Hərbi Dəniz Qüvvələri Komandanlığına təslim edilməsi hədəflənir. Gəminin inşası və avadanlıqları ilə əlaqəli hər cür dizayn, mühəndislik və sistem materialı tədarükü işləri STM tərəfindən davam etdirilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyənin “İstanbul” adlı yerli freqatına QISA BAXIŞ

2021/01/60069-1611813505.jpg
Oxunub: 919     16:57     28 Yanvar 2021    