Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın Milli gündəm partiyasının icra katibi Ara Qasparyan yazıb.
“1920-ci ildə Qarsın təhvil verilməsi zamanı erməni zabitlər, polkovniklər Mazmanyan, Melik-Hovsepyan, Baqratuni və Çilinqaryan intihar etdilər. 100 il sonra ağır siyasi-hərbi məğlubiyyətə uğramışıq, keçmiş Müdafiə naziri Tonoyan isə bildirir ki, biz “beşinci nəsil silahlanmanın tətbiqi ilə əlçatmaz müharibəyə” hazırlaşmağı çatdırmadıq. Burada əsas arqument “çatdırmamaq”dır”, - deyə Qasparyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az