“Tərəfimizdən Türkiyə-Azərbaycan hərbi təlimlərini yenə bir şey yerinə qoymayan, hələ bir bu faktı o qədər də vacib hesab etməyən təbliğatı gördüyüm zaman ağrı yaşayıram”.
Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.
“Olmaz, indi qalmaqal-səs-küy qaldırmalı idik, reportajlar hazırlamamalı idik.
Növbəti hərbi təlim daha geniş miqyasda Naxçıvanda baş tutacaq, sözümü xatırlayın və o zaman yenə deyəcəksiniz ki, sadəcə hərbi təlimdir, böyük qalmaqal salmaq lazım deyil.
Növbəti müharibəyə məhz belə hazırlaşmırsınız, məhz belə yenə də məğlubiyyətə aparırsınız”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az