Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzi”nin rəhbəri, erməni politoloq Stepan Qriqoryan deyib.
“Orada Azərbaycandan 6 nəfər, Ermənistandan 4 nəfər var və başqa nümayəndə heyətləri, məsələn 17 nəfərdən ibarət olan Türkiyə nümayəndə heyəti azərbaycanlıları açıq şəkildə dəstəkləyirlər”, - deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiya ilə işləməlidir ki, danışıqlar prosesi Minsk qrupu formatına qayıtsın və “status” məsələsi müzakirə olunsun.
Alpər Mövludoğlu
Ordu.az