Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan öz “Facebook” səhifəsində yazıb.
“İlham Əliyevin ayaqlarını yalayan Nikol Paşinyan növbəti dəfə Qarabağı Azərbaycana tamamilə güzəştə gedəcək.
Yayılan xəbərlərə görə, xain lazımsız artıq öz razılığını verib və qarşıdakı aylarda Qarabağ muxtar respublika formasında Azərbaycana təhvil veriləcək.
Düşünürəm ki, bu sənədi Arayik Harutyunyan imzalayacaq, Nikol isə hamını bunun Arayikin təşəbbüsü ilə edildiyinə inandıracaq, altdan isə Daniel İoannisyanların vasitəsilə rus sui-qəsdi olduğunu yayacaq.
Nəticədə biz son olaraq Qarabağı itirəcəyik, Arayik Harutyunyanlar zamanında Qarabağdan qaçacaqlar, xalq mühacirət edəcək, Ermənistanda isə hər şey öz məcrasında gedəcək”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az