KİV: Pakistan Çindən CH-4 PUA-ları alıb

2021/01/img_2-1611741455.jpg
Oxunub: 826     17:46     27 Yanvar 2021    
Çin Pakistana məlum olmayan sayda CH-4 zərbə tipli pilotsuz uçuş aparatı (PUA) ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın “Quwa” xəbər agentliyi ölkənin gömrük bəyannamələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, PUA-lar və digər avadanlıqlar Çinin “Aersopace Long-March International Trade” (ALIT) müdafiə şirkət tərəfindən tədarük edilib.

Agentlik 4 ədəd PUA-nın ixrac edildiyini qeyd edib.

CH-4 hal-hazırda İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Myanma və İordaniya tərəfindən istifadə edilir. Pakistanın CH-4A və ya CH-4B sifariş etməsi bəlli deyil.

Zərbə tipli CH-4 PUA-larının maksimum uçuş çəkisi 1300 kq və yükü 345 kq-dır. Təyyarənin qanadları 18 metr, uzunluğu isə 8,5 metrdir. Saatda 235 kilomter sürətə malik PUA havada 40 saaata qədər qala bilir.

Qeyd edək ki, Pakistan və Çin 2018-ci ildə birlikdə “Wing Loong II” PUA-ları istehsal edəcəklərini bildirmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan  

KİV: Pakistan Çindən CH-4 PUA-ları alıb

2021/01/img_2-1611741455.jpg
Oxunub: 827     17:46     27 Yanvar 2021    