ABŞ SZ ilə işləyən avtonom silahların istifadəsinin qadağan edilməsinə razı olmamalıdır - MÜZAKİRƏ

2020/08/Image-1596617707.jpg
Oxunub: 718     19:19     27 Yanvar 2021    
ABŞ Süni Zəka ilə işləyən avtonom silahların istifadəsi və ya inkişafının qadağan edilməsinə razı olmamalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Google” şirkətinin keçmiş icraçı direktoru Erik Şmiditin rəhbərlik etdiyi panelin ABŞ Konqresi üçün hazırladığı hesabat layihəsində qeyd olunub.

Panel çərçivəsində dünyanın ən böyük hərbi gücünün milli təhlükəsizlik və texnoloji inkişaf üçün süni zəkadan istifadə etməsi barədə iki günlük ictimai müzakirə təşkil edilib.

Panelin təşkilatçılarından biri, ABŞ Müdafiə nazirinin keçmiş müavini Robert Uork bildirib ki, avtonom silahlar insanların yol verdiyindən daha az səhv edə bilir. O qeyd edib ki, avtonom sistemlər hədəfin səhv müəyyənləşdirilməsindən qaynaqlanan itkilərin qarşısını ala bilir.

Süni Zəka üzrə Milli Təhlükəsizlik Komissiyası adlanan ABŞ heyəti bu həftə keçirilən paneldə avtonom silahların riskləri barədə danışıb. Qeyd olunur ki, süni zəka münaqişələrin artmasını tətikləyə bilər.

Panel iştirakçılarının əksəriyyəti ABŞ-ın maraqlarına zidd olacağını və tətbiq edilməsinin çətin olacağını söyləyən sistemlərin qadağan olunduğu bir müqavilədən daha çox yayılma əleyhinə iş görülməsini üstün tutur.

Panelin uzunmüddətli hesabatında məlumatların toplanmasını və araşdırılmasını asanlaşdırmaq üçün kəşfiyyat qurumları tərəfindən süni zəkanın istifadəsi tövsiyə edilib.

Komissiya son hesabatını mart ayında Konqresə təqdim etməlidir, lakin tövsiyələr məcburi deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ SZ ilə işləyən avtonom silahların istifadəsinin qadağan edilməsinə razı olmamalıdır - MÜZAKİRƏ

2020/08/Image-1596617707.jpg
Oxunub: 719     19:19     27 Yanvar 2021    