Ermənistan MN zabitləri müharibə iştirakçısı kimi tanımır

2021/01/image-1611729581.jpg
Oxunub: 375     14:04     27 Yanvar 2021    
Ermənistan Müdafiə Nazirliyi bəzi erməni zabitləri döyüş əməliyyatlarının iştirakçısı kimi tanımır ki, onlara döyüş əməliyyatlarında iştirak etməyə görə nəzərdə tutulmuş birdəfəlik məbləği ödəməsin.

Ordu.az xəbər verir ki, bu barədə erməni hərbi qulluqçu, leytenant Xanamir Abrahamyan bildirib.

O qeyd edib ki, onlar silah-sursat anbarında xidmət həyata keçiriblər, anbar rəqibin aviasiyası tərəfindən partladılıb, lakin Ermənistan Müdafiə Nazirliyi onları döyüş əməliyyatlarının iştirakçısı kimi tanımır.

“Noyabrın 10-dan sonra bizə deyiblər ki, biz gedə bilərik. Biz Ermənistana gəlmişik və məlum oldu ki, bizi heç bir yerdə qeydiyyata almayıblar, bütün bu müddət ərzində, hərbi əməliyyatlar zamanı bizi qeydiyyata almayıblar”, - deyə erməni hərbi qulluqçu şikayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistan MN zabitləri müharibə iştirakçısı kimi tanımır

2021/01/image-1611729581.jpg
Oxunub: 376     14:04     27 Yanvar 2021    