Ermənistanda rus desantı?

2021/01/Qarab-1611554579.jpg
Oxunub: 4268     15:43     27 Yanvar 2021    
Yanvarın 25-də Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Serqey İstrakovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığının bütün istiqamətləri üzrə qərargah danışıqlarında iştirak etmək üçün Ermənistana səfərə gəlib. Ermənistan MN-in verdiyi məlumata görə, görüşlər zamanı qarşıdakı işlərin həcmi və istiqamətləri müəyyən edilib.

“Lragir” nəşri yazır ki, Ermənistan ordusunun bərpası və modernləşdirilməsi ilə bağlı bir çox yığılmış məsələlərlə bağlı Ermənistan və Rusiyanın hərbi qurumları arasında müharibə reallıqları baxımından müzakirə ediləcək çox şey var.

“Ermənistanın məğlubiyyətini rus ekspert dairələri eyni zamanda Rusiyanın məğlubiyyəti kimi dəyərləndiriblər. Burada məğlubiyyət, Ermənistan ordusunun rus silahları ilə silahlandığı və rus planlarına uyğun hərəkət etməsi mənasında qeyd olunub. İlk növbədə, adi rus silahlarının keyfiyyətindən, hava hücumundan müdafiə sistemlərinin effektivliyindən və yeni hava sistemlərinə qarşı mübarizədən söhbət gedir. Bu faktın Rusiya silah satışına təsir edə biləcəyi qeyd edilir.

Birgə Ermənistan-Rusiya hava hücumundan müdafiə birləşmələri və ortaq qoşun məsələsi də problemlidir. Məsələ burasındadır ki, illər öncə imzalanan bu razılaşmalar müharibə vəziyyətində bu birliklərin funksiyalarını və komandanlığını aydınlaşdırsa da, müharibə reallıqları bunların erməni tərəfinə kömək etməkdən daha çox məhdudiyyət olduğunu göstərdi. Məsələn, müharibənin ilk və son günlərində, Ermənistan tərəfi ağır itki verdiyində hava hücumundan müdafiə sistemlərinin dayandırılması, söndürülməsi məsələsi indiyədək sirr olaraq qalır.

Bir vaxtlar, Ermənistanın müəyyən KİV-ləri və ekspertlər Qarabağ müharibəsində özünü biruzə verən birgə birləşmələrin mümkün risk və təhlükələri barədə xəbərdarlıq edirdilər.

Qarabağ müharibəsi mahiyyət etibarilə bir çox ölkələrin öz nəticələrini çıxardıqları real dünya təcrübəsinə və yeni silahların sınaq meydanına çevrildi. Rusiyanın müharibə nəticəsində ağır zərbə alan davranışına və təhlükəsizliyi ilə əlaqəli olduğuna görə oxşar bir problemi var”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Müəllif qeyd edir ki, erməni hərbçilərinin bu məsələləri Rusiya qarşısında qaldırmalı olduğu düşünülür.

“Ermənistanın “kəmiyyət ordusunu” saxlamaq və bu məntiqlə müharibələrə hazırlaşmaq üçün insan və maddi qaynaqları yoxdur. Bölgədəki yeni təhlükəsizlik reallıqlarının ortaya çıxması nəzərə alınmaqla yaranmış boşluq nüvə silahları da daxil olmaqla digər keyfiyyətə uyğun vasitələrlə doldurulmalıdır.

Rusiya Ermənistanın ehtiyac və tələblərini nəzərə alacaqmı? Eyni zamanda, problem Ermənistandadır, şaxələndirilmiş imkanlardan istifadə etmək lazım idi. Məsələn, ABŞ prezidentinin müşaviri Bolton bir vaxtlar Ermənistana silah təklif edərkən, ruslar uzun bir gecikmədən sonra Ermənistana ən son sistemlər təqdim etməyə tələsdilər. Yeri gəlmişkən, Rusiyanın aprel döyüşləri zamanı da silah tədarükünü gecikdirdiyi məlum bir həqiqətdir və 2020-ci il haqqında da buna bənzər natamam məlumatlar var.

Ermənistan ordusunun modernləşdirilməsi vacibdir və tərəfdaşların seçimi bu vaciblik dərəcəsinə görə tənzimlənməlidir. Əvvəlki iki müharibənin təcrübəsi və minlərlə qurban verilməsi kimi məqamlar Ermənistan tərəfinin yanaşmasının əsasını təşkil etməlidir. Bunun əksi yeni itkilər və məğlubiyyətlərdir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

Ermənistanda rus desantı?

2021/01/Qarab-1611554579.jpg
Oxunub: 4269     15:43     27 Yanvar 2021    