Fransa nüvə silahlarının qadağan edilməsi müqaviləsinə qoşulmayacaq

2021/01/65656-1611726527.jpg
Oxunub: 418     17:05     27 Yanvar 2021    
Fransa nüvə silahlarının qadağan edilməsi müqaviləsinə qoşulmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian ölkə parlamentində çıxışı zaman danışıb.

O bildirib ki, Fransa nüvə silahlarının qadağan edilməsi müqaviləsi ilə bağlı müzakirələrdə iştirak etməyib: “Fransa bu müqavilənin bir hissəsi deyil və buna qoşulmayacaq. Beləliklə, bu müqavilə bizim üçün heç bir qanuni öhdəlik daşımır”.

Nazir qeyd edib ki, bu, Fransanın əsas beynəlxalq tərəfdaşları ilə bölüşdüyü daimi mövqedir. Xarici İşlər nazirinin sözlərinə görə, müqavilə nüvə yayılması riskləri səbəbindən heç bir təhlükəsizlik faydası vermir.

Nüvə Silahlarını Qadağan edən Müqavilə 22 yanvar tarixində qüvvəyə minib. Müqavilə nüvə silahlarının hazırlanması, sınaqdan keçirilməsi, saxlanması, əldə edilməsi, daşınması və istifadəsini qadağan edir. Müqavilə 86 dövlət tərəfindən imzalanıb və 51 ölkə tərəfindən təsdiq edilib.

“Nüvə klubunun” üzvələri olan Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin müqaviləni imzalamayacaqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa  

Fransa nüvə silahlarının qadağan edilməsi müqaviləsinə qoşulmayacaq

2021/01/65656-1611726527.jpg
Oxunub: 419     17:05     27 Yanvar 2021    