Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Frank Bakke-Yensen məlumat verib.
Hərbi manevrlərin ləğv edilməsinə səbəb koronavirus infeksiyasının yayılması göstərilir.
Manevrlərdə ABŞ və Britaniyanın hərəsindən 1000-ə yaxın hərbi qulluqçu olmaqla, təxminən 3,400 xarici əsgərin iştirak etməsi planlaşdırılırdı.
Rusiya ilə bir sərhəddə olduğu üçün Norveç mütəmadi olaraq öz qoşunlarını koalisiya qüvvələri ilə birlikdə qış müharibələrinə hazırlamaq üçün təlimlər keçir.
Sevinc Əliyeva
Ordu.az