Fransa Çad ordusuna 9 ədəd zirehli maşın tədarük edib

2021/01/Franc-1611725968.jpg
Oxunub: 387     12:19     27 Yanvar 2021    
Fransa Çad ordusuna 9 ədəd ERC-90 “Sagaie” zirehli maşınları təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə “ArmyRecognisation” nəşri öz mənbələrinə istinadən məlumat verib.

Bildirilir ki, Fransa hazırda Çad ordusunun hərbi qulluqçularına zirehli maşınlarla təlim keçir.

“Sagaie” 90 mm topla silahlanmış 6x6 təkər formuluna malik yüngül kəşfiyyat vasitəsidir. Hazırda “Arquus”, əvvəllər “Renault Trucks Defence” şirkətinin bir hissəsi olan “Panhard” tərəfindən istehsal edilir.

Fransa ordusu 1984-1990-cı illərdə 192 ədəd bu maşından əldə edib. Zirehli maşınlar yeni “Jaguar” kəşfiyyat və döyüş zirehli maşınları ilə əvəz olunacaq.

Məlumata görə, Çad ordusu bundan başqa Fransa tərəfindən tədarük edilən AML-60/AML-90, “Bastion Patsas” və “Bastion APC” kimi zirehli maşınlara da sahibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çad  

Fransa Çad ordusuna 9 ədəd zirehli maşın tədarük edib

2021/01/Franc-1611725968.jpg
Oxunub: 388     12:19     27 Yanvar 2021    