Qarabağda daha 4 erməni hərbi qulluqçunun meyiti tapılıb

2021/01/Untit-1611126159.jpg
Oxunub: 1495     11:14     26 Yanvar 2021    
Noyabrın 10-da atəşkəs barədə əldə olunmuş razılaşmalardan sonra 2020-ci il noyabrın 13-dən başlayaraq Ermənistan və Azərbaycan tərəfi bu günə qədər ölmüş hərbi qulluqçuların meyitlərinin axtarılması və dəyişdirilməsi işlərinə davam edir.

Ordu.az erməni mətbuatına istinadən xəbər verir ki, axtarış işləri zamanı Qarabağda daha 4 erməni hərbi qulluqçunun meyiti tapılıb

Qondarma qurumun "nümayəndəsi" Hunan Tadevosyan bildirib ki, Azərbaycan tərəfi Suqovuşandan bir meyit təhvil verib.

"Onun kimliyi sürücülük hüququndan məlum olub. O, 1993-cü ildə doğulmuş Aşot Levon Xaçatryandır, müharibədə ehtiyatda olan hərbi qulluqçu kimi iştirak edib. Digər üç hərbi qulluqçunun meyiti axtarış işləri zamanı Cəbrayıldan tapılıb", - deyə Hunan Tadevosyan qeyd edib.

Onun sözlərinəd görə, bu gün 2 qrup Xocavənddə axtarış işləri həyata keçirir və bu günə qədər ümumi olaraq 1287 erməni meyiti tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Ölüm   Erməni  

Qarabağda daha 4 erməni hərbi qulluqçunun meyiti tapılıb

2021/01/Untit-1611126159.jpg
Oxunub: 1496     11:14     26 Yanvar 2021    