Yunanıstan ABŞ-dan 1200 ədəd M1117 zirehli maşınları alacaq

2021/01/5e260-1611642875.jpg
Oxunub: 527     11:47     27 Yanvar 2021    
Yunanıstan bu il ABŞ-dan 1200 ədəd təkərli M1117 “Guardian” zirehli maşınları almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “Nemesishd” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, rəsmi Afina zirehli maşınları mövcud qiymətindən daha ucuz qiymətə alacaq. Yunanıstanın hər bir maşın üçün 70 000 avro vəsait ödəyəcəyi qeyd olunur.

Nəşr yazır ki, tərəflər arasında artıq ilkin razılaşma əldə olunub.

“Textron” şirkəti ABŞ ordusu üçün təxminən 2000 ədəd M1117 “Guardian” maşını istehsal edib. 2000-ci illərdə M1117-lər ABŞ Ordusu tərəfindən Əfqanıstan və İraqdakı döyüşlər zamanı zirehli bir vasitə kimi istifadə edilib.

Mövcud məlumatlara görə, Əfqanıstan ordusunun arsenalında 250 ədəd bu maşından var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan   ABŞ  

Yunanıstan ABŞ-dan 1200 ədəd M1117 zirehli maşınları alacaq

2021/01/5e260-1611642875.jpg
Oxunub: 528     11:47     27 Yanvar 2021    