Ermənistan Baydenin hakimiyyətindən nə gözləyir?

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 1641     16:00     23 Yanvar 2021    
ABŞ-ın 46-cı prezident Co Bayden prezident vəzifəsini icra etməyə başladı.

Baydenin prezidentliyi necə olacaq? Bu, yalnız daxili siyasi böhran və qarşıdurma ilə parçalanan Amerika üçün deyil, bütün dünya üçün çox vacib bir məsələdir.

Üstəlik burada iki format var, biri erməni-Amerika münasibətləri, habelə ABŞ xarici siyasəti, xüsusən də Ermənistan üçün bir neçə vacib məqam istiqamətində, yəni ABŞ-Azərbaycan, ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-İran münasibətləri vacibdir. Bu kontekstdə, Baydenin prezidentliyinə, çox vaxt Co Baydenin vitse-prezident olduğu Obama prezidentliyi dövrünə uyğun olacağı kimi baxılır. Bununla birlikdə qeyd etmək lazımdır ki, Bayden Obama administrasiyasının şahinlərindən biri, yəni sərt mövqe təmsilçilərinin nümayəndəsi sayılırdı, bu da Obama ilə Baydenin eyni cür siyasi xadimlər olmadığını göstərir. Başqa sözlə, Baydenin Obamanın siyasətini davam etdirəcəyi ilə bağlı anlaşılmaz sadəlöhlükdən çəkinmək lazımdır.

Vəziyyəti bu baxımdan qiymətləndirməli olsaq, o halda ABŞ prezidentliyini Obama administrasiyasının sərt qanadının öz üzərinə götürdüyünü deyə bilərik. Buna görə, Bayden, yəqin ki, vitse-prezidentliyi trayektoriyasında axtarılan sualların və ya nəzərə alınan cavablardan daha çox olduğu öz yolunu, dəsti-xəttini çəkəcək. Prezident və vitse-prezident Bayden əhəmiyyətli dərəcədə fərqli insanlar olacaq.

Bunun Ermənistan üçün mənası nədir? Ermənistan üçün ümumiyyətlə, demokrat administrasiya daha uyğun, əlverişli olub, lakin mövcud əlverişli mühit xaricində, ABŞ-da administrasiyaların partiya mənsubluğundan asılı olmayaraq kifayət qədər mühafizəkar bir siyasət mövcuddur. Digər tərəfdən, taktiki, üslubi dəyişikliklər belə kiçik dövlətlər və ya bölgələr üçün əhəmiyyətli ola bilər. Erməni tərəfi üçün əsas məsələ Baydenin ABŞ-ın Qafqazda daha aktiv, birbaşa iştirakına gedib-getməyəcəyi, yoxsa ən azından hələlik uzaqdan müşahidə etməyə üstünlük verəcəyi ilə bağlıdır. Axı Bayden, həmçinin Qafqazda da Trampdan ağır bir miras götürüb, ancaq bu mənada Qafqaz yeni prezidentin əsas məsələlərində ön sırada olmaya bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan  

Ermənistan Baydenin hakimiyyətindən nə gözləyir?

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 1642     16:00     23 Yanvar 2021    