“Qazprom”un gücü yalnız Ermənistanla məhdudlaşır

2021/01/75611-1611311532.jpg
Oxunub: 565     11:01     23 Yanvar 2021    
Almaniyada rus qazını Avropaya çatdırmalı olan “Şimal Axını-2” qaz kəmərinin tikintisini dayandırıblar. Öz növbəsində, ABŞ boru kəmərinin inşasına qarşı sanksiyalar müəyyənləşdirib. Yəni tikintidə iştirak edəcək şirkətlər böyük cərimələr ödəyəcək.

“Qazprom” boru kəmərləri daşıyan gəmiləri, xüsusən də “Fortuna” gəmisini və “Maksim Qorki” supertankerini müxtəlif şirkətlərin adı ilə qeydiyyatdan keçirməyə çalışsa da, bu, alınmayıb.

Rusiyada “Şimal Axını-2” qaz kəmərini Putinin tərəfdaşları tərəfindən inşa edilən korrupsiya layihəsi hesab edirlər. Energetika sahəsindəki rus ekspertlər öz növbələrində deyirlər ki, Ukraynanı hər şəkildə kənarda qoymaq məqsədilə boru kəməri layihələrini böyük xərclərə səbəb olub, Şimal axınları isə qaz bazarının diversifikasiyası şəraitində prinsipcə Avropaya lazım deyil.

Sibir boru kəməri halında eyni vəziyyət var: Rusiya bu boru kəməri ilə Çinə demək olar ki, pulsuz qaz verir.

Mütəxəssislərin fikrincə, “Qazprom” səmərəsiz idarəetmə və “siyasi qaz” səbəbindən bazarları itirir və keçən il bazardan kənar qalmamaq üçün qazı maya dəyərindən aşağı satmağa məcbur olub.

“Lragir” nəşri yazır ki, çöküş yaşayan Putin imperiyasının gücünün Ermənistanı məhv etməyə çatdığı kimi, “Qazprom”un gücü də hazırda yalnız Ermənistanla məhdudlaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazprom   Ermənistan  

“Qazprom”un gücü yalnız Ermənistanla məhdudlaşır

2021/01/75611-1611311532.jpg
Oxunub: 566     11:01     23 Yanvar 2021    