Ermənistanda casusların dövrü

2020/03/00-33-1583395627.jpg
Oxunub: 675     10:49     23 Yanvar 2021    
Ermənistanda məmurların bu və ya digər ölkənin agenti olması məsələsində qalmaqal baş verdi.

“168.am” nəşri yazır ki, indiki müzakirələr xüsusi olaraq Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana yönəlib, onun Türkiyənin agenti olması barədə məlumatlar faktiki olaraq hələ də təkzib edilməyib.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) agenti olması barədə xəbərləri təsdiqləyən məlumat isə elə şəkildə təkzib edilib ki, sanki daha çox məlumatın doğru olduğunu təsdiqləyir. Mövzu ilə bağlı müzakirələr böyük hesabla ona gətirib çıxarır ki, əgər Ermənistanın xüsusi xidmət orqanlarının agenti olmaq məsələsi qeyd-şərtlə məqbul sayıla bilərsə, Türkiyənin agenti olmaq məsələsi bağışlanmazdır. Bu müzakirələr dövlətə, ümumiyyətlə dövlət qurumuna obyektiv ziyan vura biləcəyi təqdirdə belə faydalıdır.
Ümumiyyətlə bölgəmizin bütün ölkələrində olduğu kimi, xüsusən də Ermənistanda da çox sayda ölkənin xüsusi xidmətləri Rusiya və Türkiyədən başlayaraq Azərbaycan, İran, Böyük Britaniya və ABŞ-a qədər var və fəaliyyət göstərir. Adi vaxtlarda fərqli ölkələrin agent şəbəkələri nisbətən “normal rejim”də işləyirsə, müharibə kimi fors-major hallarında fəaliyyətləri daha çox hiss olunur və nəzərəçarpan hala gəlir.

Biz casuslar dövründə yaşayırıq, yeni ifşa olunmalara hazır olmalıyıq.

Ancaq konkret bir məmurla əlaqəli gerçək və ya mifik agent hekayələrinə nəzər yetirməklə yuxarıda qeyd olunan və adı çəkilən ölkələrin xüsusi xidmət orqanlarının hansının Ermənistan və Ermənistan ətrafındakı mübarizədə xüsusilə uğurlu olduğunu başa düşmək vacibdir. Aydın məsələdir ki, böyük ehtimalla Ermənistana ortaq bir məntiqlə gələn və yəqin ki, türk qurumunun nəzarəti altında olan Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları ilk yerdədir.

Qarabağda baş verən son müharibənin yalnız o 44 gün ərzində deyil, sonrakı dövrdə də Türkiyə-Azərbaycan xüsusi xidmət orqanlarının işinin nəticəsi olduğu aydındır. Azərbaycanın qələbəsi yalnız döyüş meydanında deyil, bəlkə də döyüş əməliyyatlarından əvvəlki, sonraki fəaliyyətləri ilə, həm də öz agent şəbəkəsi vasitəsi ilə nail olunub. Baş verənlərə və hadisələrə bu nöqteyi-nəzərdən baxanda məlum olur ki, Ermənistan hakimiyyəti ya agent öhdəlikləri naminə, ya da başqa səbəblərdən yekun olaraq Türkiyə və Azərbaycanın maraqlarına cavab verən hərəkətlər edirlər. Tarix və peşəkar araşdırmalar nə vaxtsa bu fəaliyyətlərin hansı hissəsinin birbaşa agent şəbəkəsinin işinin nəticəsi olduğunu, hansı hissəsinin agent şəbəkəsinin törəmə təsiri ilə əlaqəli olduğunu aydınlaşdıracaq.

O vaxta qədər erməni cəmiyyəti öz hakimiyyət mənsubları sıralarında düşmən ölkəyə xidmət edən agentlərin ola biləcəyinə dair ən azı şübhə ilə yaşamalı olacaq. Erməni cəmiyyətinin və ya onun bir hissəsinin bu şübhədə nəinki problem görməməsi, əksinə, məsələn, Ermənistandakı Türkiyə-Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti ilə barışması mümkünlüyü başqa bir məsələdir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Casus  

Ermənistanda casusların dövrü

2020/03/00-33-1583395627.jpg
Oxunub: 676     10:49     23 Yanvar 2021    