Bərdədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib, abidə bərpa edilib - FOTOLAR
Oxunub: 732
16:57
20 Yanvar 2021
Bərdə rayonunun Cəyirli kəndində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin əsaslı təmirindən sonra bu gün açılışı baş tutub.
Abidənin açılışında kənd sakinləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, Vətən müharibəsi qaziləri və əlilləri, şəhid ailələri iştirak ediblər.
Cəyirli kəndində olan abidə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün inşa edilib. Lakin uzun müddət baxımsız qalan abidə yararsız hala düşüb. Abidənin yenidən bərpası zamanı Cəyirli kəndindən müharibədə şəhid olan 4 nəfərin adı da əbədiləşdirilib. Onlardan biri 1993-cü ildə müharibədə itkin düşüb. Digər 3 nəfər isə Vətən müharibəsində şəhid olub.
Tədbirdə iştirak edənlər vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının müqəddəs yolda tökdükləri qanların qisasının alındığını bildiriblər.
Çıxış edənlər onu da qeyd ediblər ki, Azərbaycan torpaqlarının azadlığı yolunda aparılan mübarizədə şəhid olan soydaşlarımızın qanı ilə yazılan tariximiz əbədi olacaq.
Tədbirdə azyaşlı uşaqların hazırladıqları şeirlər səsləndirilib.
Bərdədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib, abidə bərpa edilib - FOTOLAR
Oxunub: 733