Vətən Müharibəsi qazisi: "Şəhidlərimizin qarşısında uca dururuq, çünki qanları yerdə qalmadı" (FOTOLAR)

2021/01/1-1611140802.jpg
Oxunub: 1327     14:28     20 Yanvar 2021    
20 Yanvar Ümuxalq Hüzn Günü Yevlax şəhərində də qeyd edilib.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, yüzlərlə rayon sakini Yevlaxdakı Şəhidlər Xiyabanına axışıb.

20 Yanvar faciəsinin anım günü rayonda böyük izdihamla qeyd edilib. Şəhidlər xiyabanına gələn rayon idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri şəhidlərin ruhuna baş əyib, vətən fədailərini böyük hörmət və ehtiramla anıblar. Anım gününə gələn sakinlər bildiriblər ki, faciədən 31 il keçməsinə baxmayaraq, hər il ötdükcə, 20 Yanvar faciəsi daha da doğmalaşır, daha da qanımıza hopur. Çünki Vətən naminə canını fəda edən əzizlərimiz müstəqillik tariximizin təməlini əliyalın şəkildə öz qanlarıyla qoydular.

Yevlaxda keçirilən 20 Yanvar faciəsinin anım günündə olan izdihamda Vətən Müharibəsinin iştirakçıları da iştirak edirdilər. Onlar bildirdilər ki, 1988-ci ildə başlayan milli azadlıq hərəkatı əslində Azərbaycan topraqlarına qarşı ermənilərin seperatçı niyyətlərinin qarşısının alınmasına yönəlsə də, sonradan bu hərəkat azadlıq hərəkatına çevrildi, Vətən Müharibəsi də o günün bir davamıdır.

Vətən Müharibəsi iştirakçısı Xaliq Əliyev bildirdi ki, Vətən müharibəsində iştirak edən zabit yoldaşları ilə, 20 Yanvar şəhidlərini ziyarətə toplaşıb.

"Artıq 20 Yanvar faciəsindən 31 il ötür. Digər illərdən fərqli olaraq, bu il biz qalib ölkənin qalib vətəndaşı kimi bu hüzn gününü qeyd edirik. Azərbaycanın suverenliyi və ərazi bütünlüyü uğrunda ölən şəhidlərimizin ruhu bu gün şaddır və onların qanı yerdə qalmadı", - deyə Xaliq Əliyev qeyd etdi.

Vətən Müharibəsi qazisi Cehun Əzizov bildirdi ki, 90-cı ildən olan bu döyüşlərin uğrunda o da döyüşüb.

"Mən təbrik eləmək istəyirəm, millətim adından bu döyüşlərdə biz qalib gəldik. Bütün şəhidlərimizin qanı yerdə qalmadı. Biz bura utancaq vəziyyətdə gəlirdiksə, indi sevinə - sevinə gəlirik ki, şəhidlərimizin qarşısında uca dururuq, çünki qanları yerdə qalmadı. Qanlarını aldıq", - deyə vurğuladı.

Ehtiyatda olan zabit Məmməd Bəşirov qeyd etdi ki, bizim ordu tək bu 2020-ci ildə yox, neçə illər bundan qabaq öz torpaqlarını azad etmək qüvvəsinə malik idi.

"Sadəcə biz Ali Baş Komandanımızın lazım olan vaxtda, lazım olan yerdə əmrini gözləyirdik. Uğurlu əməliyyatlar nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu. əminəm ki, bundan sonra heç bir dövlətin, bizim torpağa gözünün ucuyla da baxmağa, cəsarəti çatmayacaq", - deyə o qeyd etdi.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yevlax   20-Yanvar  

Vətən Müharibəsi qazisi: "Şəhidlərimizin qarşısında uca dururuq, çünki qanları yerdə qalmadı" (FOTOLAR)

2021/01/1-1611140802.jpg
Oxunub: 1328     14:28     20 Yanvar 2021    