İnternetdə yayılmış xəbərlərə əsasən, yanvarın 6-da Ermənistanın “Yerkrapah” hərbi təşkilatının keçmiş sədri, general-leytenant Manvel Qriqoryanın yaxınları Arşaluys kəndindəki ailə qəbiristanlığını ziyarət ediblər, lakin erməni generalın meyiti qəbirdə olmayıb.
Həmin xəbərlərə görə, erməni generalın məzarı tamamilə dağıdılmış, meyiti isə tabutdan çıxarılmış və qəbirin yanına qoyulmuş olub.
Manvel Qriqoryanın vəkili Arsen Mkrtçyan ailənin adından bildirib ki, yayılmış xəbər reallığa uyğun gəlmir.
Qeyd edək ki, Manvel Qriqoryan 2020-ci il noyabrın 19-da ölüb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran