Ermənistanın ekzotik şayiələri və rədd cavabı

2021/01/16020-1611156143.jpg
Oxunub: 1992     19:06     20 Yanvar 2021    
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı 2020-ci ilin noyabr ayında qəbul edilmiş üçtərəfli bəyanatın təfərrüatları barədə danışıb. Bu proqram “Rossiya 1” telekanalında yayımlanıb. Putinin sözlərinə görə, üçtərəfli görüşdəki bütün qərarlar Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə verilib və bəyanatın mətni əvvəlcədən hazırlanıb. Putin yaranmış vəziyyətdə qərar verməyin vacib olduğunu da qeyd edib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə “hər mərhələ, hər nöqtə, hətta hər vergül üçün hər iki tərəfdə bir mübarizə var idi”.

Reportajda bu görüşün pərdə arxasındakı bəzi təfərrüatlarından bəhs olunur. Məsələn, Ermənistan və Azərbaycan liderlərinin bir neçə dəqiqəlik fərqlə Moskvaya gəlməsi, Paşinyanı daşıyan təyyarənin əvvəl Əliyevin gəlməsi üçün Tulada əlavə bir neçə dövrə vurmağa məcbur olub. Görüş zamanı Paşinyan və İlham Əliyevin heç bir dəfə də, hətta gözaltı belə bir-birlərinə baxmadıqları da qeyd olunur.

Xəbərdə həmçinin Putinin ötən il 17 noyabr tarixində, 10 Noyabr razılaşmasının necə imzalandığı barədə verdiyi müsahibəsindən də bir sitat gətirilir.

“Sadəcə, Ermənistanın qərar verməli olduğu nöqtəyə gəldiyi bir vəziyyət yaranmışdı ...Ancaq buna layiq olmalıyıq. Çünki hətta bu şəraitdə də tərəflər hər nöqtə, hər vergül üçün deyə bilərik, mübarizə aparırdılar”, - deyə Putin bildirib.

Öz növbəsində, Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında Qarabağ mövzusundan bəhs edib. Rusiyanın Qarabağı Rusiyaya birləşdirmək istədiyi barədə yayılan xəbərləri dərhal rədd edib, belə bir mövzudakı şayiələri ekzotik adlandırmaqla, əlavə edib ki, hətta Rusiyanın ağlında belə bir şey yoxdur.

Rusiya Federasiyası, Ermənistan və Azərbaycan hərbçiləri hazırda Qarabağdakı münaqişədən sonra hərbi əsir mübadiləsi üçün adlı siyahıları yoxlayır. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bunu mətbuat konfransında bildirməklə əlavə edib: “Rusiya erməni əsirlərin geri qaytarılması məsələsini nəhayət yekun olaraq bağlamaq üçün səy göstərmək istəyir”.

Hərbi əsirlər məsələsinin 9 Noyabrda imzalanan razılaşmanın bir hissəsi olduğunu xatırladıb.

Rusiya Qərbə açıq şəkildə mesajlar göndərir ki, Rusiya Dağlıq Qarabağda qan tökülməsinin sona çatmasının və hazırda sülhün bərqərar olmasının qarantıdır və oyuna girmək istəyənlərin hamısı Rusiya ilə hesablaşmalıdır.

Erməni mətbuatında dərc olunan məqalələrin birində deyilir ki, Rusiyanın Bakı və Ankara ilə danışıqlarda Ermənistanın maraqlarını təmsil etdiyi bir vəziyyət yaranıb, Rusiya bəzən Türkiyə və Azərbaycanın cəsarətli bəyanatları fonunda onların istəklərini boğmaq məcburiyyətində qalır.

“Lavrovun açıqlamalarının İlham Əliyevin keçən həftə Şuşaya etdiyi səfərindən sonra baş tutması diqqət çəkir.

Təxminən qırx ildən sonra Azərbaycan prezidenti İlham Əliyev ötən həftə həyat yoldaşı, ölkənin vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliieva ilə birgə Şuşaya səfər edib. Azərbaycan mənbələrinə görə, İlham Əliyev Şuşanı son dəfə 38 il əvvəl o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan atası Heydər Əliyevlə ziyarət edib.

“Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada xəbərdarlıq edib.

“Bu gün Dağlıq Qarabağda özlərini siyasətçi hesab edən bəzi ünsürlər hələ də başlarını qaldırmağa çalışırlar. Unutmasınlar, səbrimizlə oynamasınlar, qoy, 44 günlük müharibəni unutmasınlar. Yoxsa bir ordu qurmağı və torpaqları geri qaytarmaq istəyirlər. Qoy cəhd etsinlər”, - deyə Azərbaycan prezidenti əlavə edib.

“Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyanla bəyanat imzalamasından cəmi üç gün sonra Şuşada çıxış edərkən, Azərbaycan prezidenti, Ermənistan hakimiyyəti barədə danışaraq “dillərini udan siçovullar” ifadəsini istifadə edib. “Bir söz deyə bilmirlər! Bütün azad edilmiş ərazilərdə Azərbaycan bayrağını dalğalandırmaq üçün qalib olaraq gəlmişik”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan dünyaya gücünü göstərdi, göstərdi və düşmənin başını əzdi: “Düşməni qarşımızda diz çökməyə və təslim aktını imzalamağa məcbur etdik. Bu belə də oldu, tarixə əbədi düşəcək alçaldıcı bir təslimetmə hərəkəti oldu”.

Bu, Ermənistanda Türkiyə-Azərbaycan müharibə siyasətini cilovlayacaq bir hökumət olmadığı müddətcə davam edəcək.

Azərbaycan prezident ailəsinin Şuşaya, uzunluğu 100km olan və artıq keçmə qabiliyyətli Füzuli yolu ilə gəlib çıxdığı bildirilir. Azərbaycan rəsmi mənbələrinin verdiyi məlumata görə, Əliyevlər Şuşa səfərindən əvvəl Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin Füzuli hava limanının təməlqoyma mərasimində iştirak ediblər. Bundan əvvəl Əliyev hava limanının ən azından enmə-qalxma zolağının bu il istifadəyə verilməsi barədə göstəriş verib”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanın ekzotik şayiələri və rədd cavabı

2021/01/16020-1611156143.jpg
Oxunub: 1993     19:06     20 Yanvar 2021    