“Aydındır ki, dövlət tükənib, kobud ildə desək, sahibsizlikdir, dövlət ən vacib dövlət funksiyalarını yerinə yetirmir, bu, əsirlərin dəyişdirilməsi, kənd başçılarının və azərbaycanlı hərbçilərin həll etdiyi demarksiya məsələsidir”.
Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan deyib.
“Biz görürük ki, hakimlik edə bilməyən hakimiyyətə və bu hakimiyyəti uzaqlaşdıra bilməyən müxalifətə sahibik”, - deyə o qeyd edib.
Yenokyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan həmişə şantajla işləyib.
“Paşinyan danışıq apara bilmir, o, həmişə şantajla işləyib, öz komanda yoldaşlarını, oliqarxları şantaj edib və ona elə gəlir ki, bu, danışıqdır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran
Paşinyan