Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Melikyan deyib.
Onun sözlərinə görə, əslində kapitulyasiya həm siyasi, həm də müharibə platformasında baş verib və bu baxımdan davam edən bu üçtərəfli görüşlər əsasən Rusiya və Azərbaycanın maraqlarını əks etdirməli və onların tələblərini qane etməlidir.
Melikyan qeyd edib ki, bu baxımdan ermənilərin bu üçtərəfli görüşlərdən xüsusi gözləntiləri ola bilməz və Ermənistanın vəziyyətinin daha da pisləşməyəcəyini gözləmək olmaz.
“Dağlıq Qarabağın statusu problemi təxirə salınmalıdır ki, rus sülhməramlılar orada qalmaq üçün əsaslara malik olsunlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az