“Lragir”: Bakıya qarşı özünəməxsusluq Moskvanı bölgədən kənarda qoyacaq

2021/01/62409-1611135492.jpg
Oxunub: 1216     15:03     20 Yanvar 2021    
“Nikol Paşinyanın 44 günlük müharibənin mənşəyi məqaləsindəki bəyanatı, xüsusilə digər həmsədrlər olan ABŞ və Fransanın Qarabağın “statusu” ilə bağlı sualları məsələsində Rusiya rəsmilərinin şərhlərinə ciddi təsir göstərmiş və təhrik edib”.

“Lragir” nəşri yazır ki, Paşinyana ilk olaraq Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov cavab vermişdi.

“Rusiya Xarici İşlər Nazirliyinin saytında Popov Paşinyanın Rusiyanın Qarabağ nizamlanması təkliflərinin Dağlıq Qarabağın statusu ilə əlaqəli olmadığı və 7 bölgənin Azərbaycana qaytarılması ilə nəticələnməsi barədə iddiasını rədd etmişdi. Popov, erməni hüquqlarından bəhs edən bəzi versiyalara toxunurdu, baxmayaraq ki, bu versiyaların Rusiya təklifləri ilə və daha dəqiq desək, Lavrovun planı və 9 yaxud 10 noyabr bəyanatları ilə nə əlaqəsi olduğu aydın deyildi. Yeri gəlmişkən, “anlaşılmaz” səbəblərdən, Popov xüsusilə Qarabağın statusu məsələsi gündəmə gətirilən Minsk qrupu həmsədrlərinin son səfərində iştirak etməyib.

Budur, Popovdan sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov da mövzuya toxundu. Bugünkü mətbuat konfransında, 9 noyabr üçtərəfli açıqlamasında Dağlıq Qarabağın statusunun şüurlu şəkildə qeyd edilmədiyini söylədi. Status məsələsi mübahisəli idi, bu məsələdən yan keçməyə, gələcəyə buraxmağa qərar verildi, deyə Lavrov bildirib. Lavrov qeyd edib ki, məsələni tərəflərlə artıq təmasda olan və bölgəyə səfər etməyə hazırlaşan ATƏT-in Minsk qrupu həmsədrləri həll etməlidir.

Rusiya rəsmilərinin status məsələsi, yəni Minsk Qrupu fəaliyyətinin mandatının ən vacib məsələsini “dağıtmaq” və bunun günahını erməni tərəfinə yükləmək istiqamətində istəyi artıq nəzərə çarpır.

Ancaq Lavrov bu istəklərdə daha da irəli gedib. O, bəzi erməni rəsmilərinin açıqlamalarının gərginlik yaratdığını söyləyib. Lavrov, o zamanki Ermənistan Müdafiə naziri David Tonoyandan sitat gətirərək bildirdi ki, 44 günlük müharibədən əvvəl Qarabağdan və ya Qarabağla bağlı “yeni bir müharibə, yeni ərazilər” adlı emosional açıqlamaların şahidi olduq. Faktiki olaraq, Lavrov müharibəni başlamaq günahı da erməni tərəfinin üzərinə qoymuş olur.

Rusiyanın məsuliyyəti Rusiyanın və Bakının üzərindən götürmək, yalnız Ermənistanı günahlandırmaq və özünə bəraət qazandırmaq cəhdləri, getdikcə Bakı istiqamətində daha çox xoşagələn olmaq fonunda daha acınacaqlı hala gəlir. Status müəyyənləşdirmə məsələsinin Minsk qrupunun üzərinə qoyulması bu acınacaqlı vəziyyəti daha da biruzə verir. Müttəfiq demirik, ancaq Minsk qrupunu gözləmədən status məsələsinin həll olunması halında Rusiyanın siyasi həmrəyliyi vurğulanacaqdı. Bu məsələnin həlli təkcə Rusiyanın davranışının deyil, ümumiyyətlə bu ölkənin siyasi gələcəyinin qurtuluşu olardı”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Lragir”: Bakıya qarşı özünəməxsusluq Moskvanı bölgədən kənarda qoyacaq

2021/01/62409-1611135492.jpg
Oxunub: 1217     15:03     20 Yanvar 2021    