Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır

2021/01/mursa-1611131267.jpg
Oxunub: 471     12:33     20 Yanvar 2021    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlər ilə təminatını davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Ordu.az -a bildirilib ki, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır

2021/01/mursa-1611131267.jpg
Oxunub: 472     12:33     20 Yanvar 2021    